Icma.az
close
up
RU
Cəlil Məmmədquluzadənin ev muzeyində Ramiz Göyüş yazır

Cəlil Məmmədquluzadənin ev muzeyində Ramiz Göyüş yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

gördüklərimiz və eşitdiklərimiz

Bu günlər, şair dostlarım Rəfail İncəyurd və İlham Qazaxlı ilə birlikdə, görkəmli ədib- yazıçı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yeni tipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" jurnalının, ədəbi məktəbinin banisi və ideya rəhbəri, Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı Cəlilm Məmmədquluzadənin ev muzeyində olduq. Əslində oxuya-oxuya böyüdüyümüz, bu gün də aktuallıqdan düşməyən “Ölülər”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı”, “Poçt qutusu”, “Kamança”, “Qubanəli bəy”, “Pirverdinin xoruzu” kimi və digər məşhur əsərləri ilə əbədiyyət qazanan Ədibin ev muzeyində olmaq və muzeyini ziyarət etmək ona olan sevgidən yaranmışdı. Paytaxtımızın qədimi mərkəz hissəsində, Süleyman Tağızadə küçəsindəki 56 nömrəli evin 3-cü mərtəbəsində yerləşən Ev muzeyinin pilləkənlərini qalxdıqca bizi bir həyacan bürüyürdü. Bir zamanlar bu böyük insanın qalxıb-endiyi pilləkənlərlə indi biz onun ruhunun görüşünə gedirdik. Pilləkən qəfəsində bizi ilk olaraq ədbin “Sizi deyib gəlmişəm” kəlamları yazılmış sözləri və divara işlənmiş şəkli qarşıladı. Bir anlıq dayanıb ədiblə xəyalən söhbət etdik. “Sizi deyib gəlmişəm ey mənim müsəlman qardaşlarım!” ifadəsi Mirzə Cəlilin 1906-cı ii, aprelin 7-də “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində dərc olunmuş məşhur “Sizi deyib gəlişəm” publisistik yazısının başlanğıcı idi. Bu yazı həm də “Molla Nəsrəddin” jurnalının ideya və məramını ifadə edən proqram xarakterli müraciət idi və məqsədi xalqı cəhalətdən, nadanlıqdan uzaqlaşmağa, milli oyanışa, ana dilinə hörmətə çağırmaq idi…

Binanın 3-cü mərtəbəsində, muzey yerləşən mənzilin qapısı üzərində “Ev müzeyi təmirə dayandığı üçün işləmir” elanını oxuyanda çox mütəəssir olduq. Bu an qapı açıldı və bizi müzeyin əməkdaşlarından olan, gülərüz bir xanım qarşıladı. Gəlməyimizin məqsədini soruşduqdan sonra, muzeyin işləmədiyinə rəğmən bizi içəri dəvət etdi. Sanki muzey də, müzeyin əməkdaşları da ziyarətçilər üçün darıxmışdılar. Dəhlizdən içəri keçdik. Burada bizi ev muzeyinin direktoru Pərixanım Mahmudova qarşıladı. Özümüzü təqdim edib, yazı-pozu adamları olduğumuzu bildirdikdən və bir qədər yaxından tanış olduqdan sonar nəzakətlə yer göstərdi. Muzeyin tarixindən ətraflı məlumat verdi: - Ev Muzeyi — Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir.

Muzey Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla yaradılmış, 1994 – cü il, dekabrın 28-də Ədibin anadan olmasının 125 illiyi ərəfəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmiş və geniş nitq söyləmişdir.

Muzeydə C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanmışdır. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir.

Ekspozisiya sahəsi 185 kvm olan beş otaqda yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922-1932-ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanmışdır. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunmuşdur.” Bu fikirləri səsləndirdikdən sonar Pərxanım Mahmudova dərin bir köks ötürərək çıxışına ara verdi. Sonra kədər və təəssüf hissi ilə bildirdi ki, artıq 9 aydır, ev muzeyi təmir adı ilə ziyarətçilərin üzünə bağlanmışdır. Bu ilin mart ayında idarəmizdən bildirdilər ki, bina qəza vəziyyətində olduğu üçün əsaslı təmirə bağlanacaq. Tələb etdilər ki, muzeyin nümayiş olunan eksponatlarını təcili yığışdırın. Biz də eksponatları muzeyin ekspozisiya zalına yığışdırmışıq. İndi aradan 9 ay keçir, ancaq nə təmir başlayır, nə də muzey işləyir.”

Bizi təəccüb və təəssüf hisləri bürümüşdü… İcazə alıb eksponatlar yığılmış otaqlara keçdik. Bir vaxtlar böyük ədib tərəfindən istifadə edilən əşyalar - onun əşya yığdığı dolab və şkaf, samovar, kamança və digər əşyalar, oxuduğu kitablar, yazdığı əsərlər, şəkillər və digər eksponatlar qalaq-qalaq bir-birinin üzərinə yığılaraq, sanki imdad diləyirdi. Düçündük!... Görəsən böyük ədibimiz Mirzə Cəlil sağ olsaydı bu biganəliyə nə ad verərdi…

Səlahiyyət sahiblərinə xatırlatmaq istədim ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə olduğu bütün dövrlərdə xalqımızın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, sənət adamlarının fəaliyyətinə yüksək dəyər vermis, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ümummilli liderin kursunu bütün sahələrdə olduğu kimi bu istiqamətdə də uğurla və yaradıcılıqla davam etdirir. Təsadüfi deyil ki, görkəmli ədəbiyyat adamı və ictimai xadim Cəlil Məmmdəquluzadənin anadan omasının 150 illik yubileynin keçirilməsi haqqında 2019-cu ildə Sərəncam imzalamışdır, Sərəncamda deyilir:” Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Güman edirik səsimiz bu işdə səlahiyyətləri olan aidiyyatı qurumların qulağına çatacaq, bu müşkül məsələ öz həllini tapacaq və böyük ədibimizin Ev muzeyi tezliklə təmir olunaraq, ziyarətçilərin üzünə açılacaqdı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Noyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri