Icma.az
close
up
RU
Menu

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Elşad Əliyev istefa ərizəsi yazdı

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

Mərhum atasının və bacısının fotosunu paylaşdı

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

TÜRKİYƏYƏ QARŞI OYNALAN NÖVBƏTİ QLOBAL OYUN... Türk dövlət ağlı İmamoğlu ilə bağlı niyə indi hərəkətə keçdi?

TÜRKİYƏYƏ QARŞI OYNALAN NÖVBƏTİ QLOBAL OYUN... Türk dövlət ağlı İmamoğlu ilə bağlı niyə indi hərəkətə keçdi?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İstanbulda etirazlar CHP-nin nəzarətindən çıxır, qlobalçı şəbəkə də İmamoğlu kartından maksimum yararlanmağa çalışır

Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq

Namiq Bilal

İstambul meri Əkrəm İmamoğlu həbs edildi. Cümhuriyyət Xalq Partiyası (CHP) da bu həbsə etirazlarla cavab verir. Kənardan belə görünür. Pərdə arxasında isə çox böyük kürəsəl oyun gedir. Anlamağa çalışaq.

Dinc məcrada davam edən kütləvi etiraz aksiyaları demokratiyanın tərkib hissəsidir. CHP kimi köklü partiyanın meydanlara yüz minləri və hətta milyonları çıxarma potensialı əlbəttə ki, var. Belə etirazlar dəfələrlə təkrarlanıb, aksiyalar da dinc şəkildə tamamlanıb. Lakin indiki aksiya addım-addım sərtləşməyə doğru gedir.

Hadisələrin ilk günlərində baş verənlər qlobalçı mərkəzlərin hazırladığı və müxtəlif ölkələrdə həyata keçirdiyi rəngli inqilabları xatırladırdı. Belə inqilablar eyni cinsli ekizlər kimi bir-birinə çox bənzəyir. Aksiya öncə dinc şəkildə başlanır, sonra bir mərkəzdən idarə edilən mütəşəkkil qruplar seçilmiş şüarlar səsləndirir.

Paralel olaraq əvvəlcədən təlimat almış minlərlə mənzildə gecə saatlarinda işıqlar sanki bir əlin işarəsi ilə nizamlı qaydada yandırılıb söndürülür, ardından balkonlarda boş qazanları döyməyə başlayırlar. Növbəti günlərdə meydana kaskalı gənclər gəlir. Şiddəti artırma siqnalı verildikdə isə meydanlara üzü maskalı insanlar çıxır və polisə fiziki təzyiq göstərməyə, daş, yandırıcı maddələr və metal parçaları atmağa başlayırlar.


İstanbulda da polisə qarşı şiddətə cəhd edildi və bu proses hələ də davam edir. İstanbuldakı etirazların Avropadakı qlobalçı mərkəzlərdən idarə olunduğunu anladan başqa əlamətlərə baxaq. Qlobalçıların nəzarətindəki media qurumları ˝Demokratiya boğulur˝, ˝Ərdoğan öz rəqibini həbsə atdı˝ və s. kimi materiallar yayır.

İmamoğlunun tutulduğu korrupsiya ittihamı ilə bağlı isə bir cümlə belə işlədilmir. Digər tərəfdən, həm CHP sədri Ö.Özəlin, həm də Ə.İmamoğlunun önündə qlobalçı media qurumlarının qapıları taybatay açılıb. Həmin qapılar əks tərəfin üzünə bağlıdır. Əslində, CHP rəhbərlərinin özləri də hansı beynəlxalq strukturlara bağlı olduqlarını gizlətmirlər. CHP sədri CNN kanalına danışaraq İngiltərənin onları unutduğundan şikayət edir. İmamoğlu isə ˝The New York Times˝-a yazdığı məqalədə, nə az nə çox, kürəsəl gücləri demokratiyanı və ədaləti bərpa etmək Türkiyəyə müdaxilə etməyə çağırır.


Əkrəm İmamoğlu qlobalçı şəbəkənin adamıdır, onların dəyərlərinə söykənir. LGBT-ni dəstəkləyir, kürd separatizminə qarşı çıxa bilmir, PKK-ya teror təşkilatı deyə bilmir, haqqında terrorla bağlı məhkəmə qərarı olan Səlahəddin Dəmitaşa azadlıq şüarları səsləndirir. Qlobalçı şəbəkə də İmamoğlu kartından maksimum yararlanmağa çalışır. Belə ki, CHP-nin ˝İmamoğluna azadlıq˝ aksiyaları sərtləşdirilir, Türkiyəni çalxalamğa cəhd olunur.

CHP-nin aksiyalarında bir məqama xüsusi diqqət yetirmək önəmlidir. İnsanları meydanlara CHP çağırdı, deməli, məsuliyyət də bu partiyanın üzərindədir. Dinc etirazların ciddi toqquşmalara dönüşəcəyi halda partiya rəhbərliyinin hüquqi məsuliyyətdən yaxa qurtara bilməyəcəyi ortalıqdadır. Bu səbəbdən partiya sədri Özgür Özəl aksiyaları dinc müstəvidə saxlamaqda maraqlıdır. Amma tədricən hadisələr nəzarətdən çıxır. Aksiyaçılar Özəlin ˝evlərinizə gedin˝ tələbini qulaqardına vurur, onun özünü qətiyyətsizlikdə ittiham edirlər.

Polisə daş, dəmir parçaları atan maskalıları da heç şübhəsiz, meydanlara CHP gətirməyib. Meydan nəzarətdən çıxarsa, sonuclar CHP üçün ağır olur. Toqquşma əmri olacaqsa, bu əmr CHP-dən deyil qlobalçılardan gələcək. Dünyanın qarışdığı belə həssas məqamda Türkiyəni daha dərindən silkələmək üçün qlobalçı düşərgə İmamoğlunu da, CHP-ni də qurban verməkdən çəkinməz.


İmamoğlunun Türkiyənin içində ˝qlobalçıların maşası˝ olduğu ilk gündən söylənilirdi. Lakin Türk dövlət ağlı və dövlət səbri məsələni uzun illərə yayaraq yetişdirdi, İstanbul meri dibinə qədər korrupsiya bataqlığına saplandı və beynəlxalq konyunkturun imkan verdiyi ilk anda, yəni Birləşmiş Ştatların qlobalçıların arxasindan çəkildiyi məqamda iş tamamlandı. Qlobalçıların ipi ilk öncə ABŞ-də kəsildi.

Bütün dünyadakı ˝İmamoğluları˝ dəstəkləyən və maliyyələşdirən Amerika İnkişaf Angentliyi artıq yoxdur. Qlobalçıların ən böyük düşməni isə Trampdır. ABŞ prezidenti açıq şəkildə qlobalçı demokratları bitirəcəyini söyləyir və addım-addım təkcə Birləşmiş Ştatlarda deyil, bütün dünyada qlobalçı şəbəkənin üzərinə gedir. Türkiyəni də qlobalçılar qarışdırırsa, Tramp əks cəhhədə olmalıdır. 

Təsadüfi deyil ki, D.Tramp ˝İmamoğlu məsələsi Türkiyənin daxili işidir˝ deyir, dövlət katibi M.Rubio isə ˝İstanbul meri korrupsiya ittihamı ilə tutulub, o, siyasətdən özünü müdafiə üçün yararlanırdı, Türkiyənin qarışmasını istəmirik˝ bəyanatını verir.


R.T.Ərdoğan Türkiyə dövlətinə və şəxsən özünə qarşı yönələn bütün basqıları öz lehinə çevirməyi bacarır. Daxildəki əsas rəqibi də CHP-dir. İndi bu partiya korrupsiya araşdırmalarının və partiyadaxili çəkişmələrin içində boğulur. Üstəlik, özünün başlatdığı kütləvi aksiyadan CHP-nin qazancla, yaxud zərələ çıxacağı məlum deyil. Bu partiya aksiyaları sonlandırma qərarı verəcəksə, alovlandırdığı tərəfdarlarının ˝qətiyyətsizsiniz˝ ittihamı ilə, davam edəcəksə, toqquşmalar və hüquqi məsuliyyət təhlükəsi ilə üz üzə qalacaq. Və şübhə etməyin ki, Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq. Böyük siyasətdə kimsənin gözünün yaşına baxılmır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see213

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see211

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see191

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see147

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see135

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see132

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see129

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see129

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see129

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see128

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see126

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see125

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see125

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see125

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see121

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see120

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see120

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see119

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri