Mədəndə partlayış baş verib, ölən və itkin düşənlər var
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kolumbiyanın mərkəzi hissəsindəki mədəndə metan qazının partlaması nəticəsində iki nəfər həlak olub, itkin düşən daha iki nəfərin axtarışları davam edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Dağ-Mədən Agentliyindən bildirilib.
Qeyd olunur ki, partlayış Boqotadan təxminən 240 km şimalda, Boyaka departamentinin Çita bələdiyyəsində baş verib. Hadisə vaxtı yerin altında dörd nəfər olub.
Qurumun məlumatına görə, axtarış-xilasetmə işləri partlayışdan sonra baş verən çökmə səbəbindən çətinləşir. Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.
Mədənin operatoru və çıxarılan faydalı qazıntının növü hələ ki müəyyənləşdirilməyib. Agentlikdən obyektin rəsmi qeydiyyatdan keçdiyi dəqiqləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Noyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















