Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Türklərin azadlığı uğrunda vuruşaram... Ərəb dilini öyrənən, islam dini ilə tanış olan dahi

Türklərin azadlığı uğrunda vuruşaram... Ərəb dilini öyrənən, islam dini ilə tanış olan dahi

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün görkəmli şair Corc Bayronun doğum günüdür.

Kulis.az Aynurə Əliyevanın tərtib etdiyi "Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron" kitabından bir hissəni təqdim edir.
Corc Qordon Noel Bayron 1788-ci il yanvar ayının 22-də Londonda yoxsullaşmış lord ailəsində anadan olub.
Onun uşaqlığı Şotlandiyanın Eberdin adlanan kiçik şəhərində keçib.
Şairin zadəgan ailəsindən olan atası Corc Bayron 1791-ci ildə müflisləşir, sonra da borclularının əlindən Fransaya qaçır və elə oradaca vəfat edir.
Bayronun tərbiyəsi ilə anası məşğul olur. 1798-ci ildə babasının qardaşından 10 yaşlı Bayrona miras kimi lord titulu və Nottingemşir qraflığındakı Nyusted malikanəsi verilir. Məhz buna görə də, Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou məktəbində ala bilir. Dərslərinə məsuliyyətlə yanaşmasa da, mütaliəyə kifayət qədər vaxt ayırır, ilk şeirlərini də burada qələmə alır. Harrou məktəbini bitirdikdən sonra 1805-ci ildə Kembric Universitetinə daxil olur və 1808-ci ildə universiteti bitirir.

1807-ci ildə “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 1809-cu ildə isə mürtəce romantiklər və burjua tənqidi əleyhinə “İngilis bardları və şotland icmalçıları” satirik poemasını nəşr etdirir.
Elə həmin il Lordlar palatasının üzvü seçilir. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada, Malta adasında, Yunanıstanda və Türkiyədə olur. Bu Bayronun Yaxın Şərqə ilk səyahəti idi. Səyahətdən qayıtdıqdan sonra “Cayld Harold” poemasının birinci iki mahnısını çap etdirir.
İkinci səyahəti zamanı isə Bayron İsveçrədə, Venesiyada, bir daha Yunanıstanda və Türkiyədə olub. Bayron ömrünün son günlərini vətənə və yunan xalqının səadəti uğrunda mübarizəyə həsr edir. Böyük şair 1824-cü il aprelin 24-də Yunanıstanda vəfat edib.

Bayron bütün millətlərə bir gözlə baxırdı.
O deyirdi ki, əgər türklər məhkum, yunanlar hakim olsa, yəqin ki, türklərə qoşulub, yunanların əleyhinə, türklərin azadlığı uğrunda vuruşaram.
Bayron bütün məhkum xalqların müdafiəçisi idi.
Onun Yaxın Şərq xalqlarının adət və ənənəsi ilə tanışlığı iki vasitə ilə olub.
Birincisi, Şərq haqqında yazılmış tarixi kitablar və Şərq klassiklərinin ingilis dilinə tərcümə edilmiş əsərləridir ki, Bayron bu kitabların əksəriyyətini hələ uşaq ikən oxumuşdu. İkincisi, Şərqə səyahəti.
Şübhəsiz ki, sonralar Bayronun Şərq ölkələrini səyahət etmək arzusuna düşməsinə səbəb də onun bu ölkələrin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanışlığı idi.
Bayron qeyd edirdi: “Mənə hələ uşaq ikən ləzzət verən ilk kitablardan biri “Türkiyə tarixi” olmuşdur. Əminəm ki, sonradan mənim Levantı səyahət etmək arzuma bu kitabın müəyyən təsiri olmuş, ola bilsin ki, şeirlərimdə hiss olunan şərq ruhuna da səbəb budur”.
Bayronun səyahətə getməsinin əsas səbəbi o zaman hamını maraqlandıran Şərq ölkələrini görmək arzusu deyildi.
İngiltərə cəmiyyətindən üz döndərən İngilis burjuaziyasının çirkin simasından cana gələn şair, oranı əbədi olaraq tərk etmək məqsədilə səyahətə çıxır. Şərq ölkələrinə səyahət zamanı Bayron həmin xalqların dillərini öyrənməyə böyük həvəs göstərir. Malta adasına gələn kimi Bayron bir rahibdən ərəb dilini öyrənməyə başlayır. Şərq xalqlarının adət və ənənələrini öyrənmək məqsədilə Bayron bu xalqların içərisində yaşamış, onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu.
Bayron İrana da səyahət etmək istəyirdi... Bu məqsədlə o, Kembric Universitetinin ərəb dili professorundan lazımi məlumatlar toplayır, anasından isə o zaman “Qoca hindli” kimi tanınan mayor Vastondan bəzi sualları öyrənməsini xahiş edir. Bayron “Çayld Haroldun səyahətləri”, “Şərq poemaları”, “Qabil”, “Don Juan”, “Manfred” və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər 6 ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində “Şərq poemaları” adı ilə məşhur olur. “Şərq poemaları”na aşağıdakı altı poema daxildir: “Gavur” (may, 1813), “Abidos gəlini” (dekabr, 1813), “Korsar” (1814-cü ilin əvvəlləri), “Lara” (avqust, 1814), “Korinfin mühasirəsi”, “Parizina” (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir.
Bayronun qəhrəmanları cəmiyyətə qarşı üsyan edən mübariz, lakin təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron şəxsiyyəti hər şeydən üstün tutur, o, poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlara verir və bu şəxsləri mədh edir. Buna misal olaraq “Gavur” poemasından Gavuru, “Abidos gəlini”ndə Səlimi göstərmək olar. “Şərq poemaları”ndan danışarkən Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri Bayronun Şərq ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irtica qüvvələrinə qarşı kəskin etiraz və üsyan motivlərinin zəngin olmasıdır.
Məlum olduğu kimi, Şərq mövzusu başqa ingilis ədiblərini əsərlərində də öz bədii əksini tapıb.
Yazıçılardan fərqli olaraq, Bayron şərqi özünəməxsus bir şəkildə Avropaya təqdim edib.
Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını yaradıb.
Bayron Soutinin əksinə olaraq, türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-koranə şəkildə deyil, insan şəxsiyyətini yüksəklərə qaldırmaq məqsədilə istifadə edib.
Bayron üsyankar təbiətli qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünyagörüşlərini bütün dolğunluğu və dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlədib.
Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin, mənəviyyatının təsvirinə xidmət edib.
“Şərq poemaları”nda “Leyli və Məcnun” dastanındakı Leyli obrazını xatırladan əlamətlərə də təsadüf edilir.
Professor Əli Sultanlı Nizaminin “Leyli və Məcnun” poemasının Avropada ən çox təsirini “Abidos gəlini”ndə görür. “Abidos gəlini”ndə üsyan, protest motivləri kəskin bir şəkildə verilib.
Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat daha üsyankar, daha barışmaz bir obrazdır. “Korsar”, “Dara”, və “Parisin əsərləri”ndə Bayron Şərq adət və ənənələrinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl, romantik ifadəsini verə bilmişdi.
Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olub.
Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik.
“Şərq poemaları”nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlədib.

Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: “Hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir”.
Bayronun “Korinfin mühazirəsi” poeması “Şərq poemaları” içərisində ən xarakterik əsərlərdən biridir...

Heç kimin oxuya bilmədiyi əlyazmanın sirri açıldı "Pantürkist ola bilməzdi, çünki Leninə şeir həsr edirdi" - Müşfiq niyə güllələndi? Duymursanmı bu öpüşdə nəsə var... - Məmməd Aslanın şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri