Icma.az
close
up
RU
Türklərin ilkin vətəni problemi

Türklərin ilkin vətəni problemi

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


TALEH CƏFƏROV
ADPU-nun Ümumi Tarix və tarixin tədrisi
texnologiyası kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

Antoni son tədqiqatlarında Qara dənizin şimal-şərqini, Qafqazın şimalındakı çölləri türklərin təşəkkül tapdığı ilkin ərazilər hesab edir. Əsas səbəb kimi arabanı kəşf edən buradakı topluluğun bununla uzun məsafələrə yayıla bilməsidir. Antoni ilk arabanın e. ə. 3500-cü ildə bu ərazilərdə hazırlandığını qeyd edir. Dünyadakı ən qədim araba rəsmi də Polşada e. ə. 3500-cü illərə aiddir və e. ə. 3100-cü illərdə araba bütün bozqır həyatının bir parçasına çevrilmişdir.

Antoni türkün ilkin vətəninin Şimali Qafqaz, Gimbutas Cənubi Ural olduğunu güman edir. Onlar həmçinin bölgənin yerli əhalisinin tamamilə türk və fin qrupundan olan xalqlardan ibarət olduğunu qeyd edirlər. Mallori isə türklərin ilkin vətəninin Xəzər dənizinin güneyindəki kurqanlarla zəngin çöllük ərazilərin olduğunu qeyd edir. Onun kimi bir çox tədqiqatçılar da qədim dövr Orta Şərqində peyda olan Hind-Avropalı əksər xalqların (perslər, hetlər, friqlər, ermənilər) kənardan gəldiyini qeyd edir. Görkəmli etnoqraf Darden hetlərin Orta Anadoluya sonradan gəldiyini və çox güman ki, Qara dənizin şimalından Balkan yarımadasına ilk gələn toplumun da bu Anadolu dillərində danışanların atalarının olduğunu güman edir. Daha dəqiq məlumatlara görə, Mərkəzi Asiyanın şimalında, İşim çayının şərqindəki Botay hövzəsindəki tapıntılar e. ə. 3700-cü ildən etibarən ata minildiyini göstərir. Drewsə görə, atlı döyüşçülər e. ə. 1000-ci ilə doğru meydana çıxmışdır.

Şərqin böyük alimi Əbu Osman Əmr ibn Bəhr Cahiz (775–868) “Mənaqibi-t Türk” adlı risaləsində türklərin antropoloji görkəminə toxunaraq onların “kürən saçlı, bəyaz dərili” olduğunu yazmışdır. Nizami yaradıcılığında da “Türk” sözü ağlıq, bəyazlıq və gözəllik çalarında işlənməkdə idi. Orta çağın böyük tarixçilərindən Həmdullah Qəzvininin “Nüzhətül-qülub”əsərində bu barədə çox tutarlı yazılar var. Onun bilgisinə görə, Xoy şəhərində “yaşayanların üzlərinin rəngi ağdır, kökcə xətayi və görkəmcə gözəl adamlardır. Xoy türk yurdu kimi bəllidir”. Qəzvin, Marağa və Sərab şəhərlərində yaşayanlar barəsində də “bəyaz üzlü adamlardır”, “buranın xalqı ağ bənizlidir, türkdür” yazmışdır. XIX əsr müəlliflərindən İ.Şopen tarixi qaynaqlara əsaslanaraq Azərbaycanın ən qədim boylarından olan kəngərlilərin də “göygöz, sarı saç” olduqlarını bildirir.

E. ə. IV minillikdən başlayaraq çöl-düzənlik dəfn qaydasının sabit, ənənəvi etnokültür göstəricisi olan kurqan anlayışı Hind-Avropa, Hind-İran və Qafqaz dillərinin heç birində yoxdur, bu anlayışların kökü yalnız türk dillərindədir, bu qur (tikmək, düzəltmək, torpaq tökməklə yaratmaq) və qan (ata, soy, nəsil) hissələrinin birləşməsindən yaranmışdır. E. ə. VII-III minilliklərdə Ön və Mərkəzi Asiyada onlarca yaşayış yerlərinin adlarında, bir qayda olaraq, təpə sözü var, bu söz isə, bütün dünya dilçilərinin bildiyi kimi, ümumtürk kökündəndir.

Kurqan mədəniyyəti fikrinin sahibi olan Gimbutas İdil-Ural çevrəsindən gələn atlı döyüşçülərin ilk dəstəsinin e.ə. 3500-cü illərdə və sonuncusu e. ə. 2400-2200-cü illər arasında olmaqla 3 dalğada təxminən bütün Avropanı ələ keçirdiklərini, dolayısı ilə sonrakı Hind-Avropa dilində danışanların atalarının bunlar olduğunu qeyd edir. E. ə. 3700-cü ildən etibarən Altay və ətrafında formalaşan Afanasiyev sakinləri ilə əlaqə saxlamışlar. Asiyadakı Sintaşta ilə Afanasiyev genlərinin fərqli formalaşması, birincilərin Şimali Avropa seramik mədəniyyəti, ikincilərin də Yamnaya ilə daha çox eynilik daşıması, Gimbutun iddia etdiyi bütün kurqan axınlarının eyni nöqtədən gəlmədiyi gerçəyinə işarədir. Qara dənizin şimalı ilə orta və aşağı Dunay boyu ərazilərə yayılmış kurqan mədəniyyəti İrlandiyaya qədər gedən qol kurqanların Qərbi Avropada yayılmasında mühüm rol oynamışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri