Azərbaycan Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 iyul, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət başçılarının yüksəksəviyyəli səfərləri vurğulanıb, dost və qardaş Gürcüstanla əməkdaşlığın bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bildirilib.
Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKT, enerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticari əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini diqqətə çatdırıb.
Tərəflər iqtisadi əlaqələrin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib, enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















