Icma.az
close
up
RU
Türkmənistan kənarda qala bilməz, onlar müstəqil dövlət kimi tanınmalıdır Siyasi şərhçi

Türkmənistan kənarda qala bilməz, onlar müstəqil dövlət kimi tanınmalıdır Siyasi şərhçi

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) formalaşmış bir dövlət olduğundan beynəlxalq birlik tərəfindən tanınınmalıdır və burada hər hansı problem ola bilməz. Çünki ŞKTC hansısa separatçı hərəkat nəticəsində deyil. 

ŞKTC-nin müstəqil dövlət kimi tanınmasını zəruri edən digər amil isə Annand Planına uyğun olaraq yunanlarla türklərin vahid Kipr dövləti formalaşdırılması ilə bağlı keçirilən referendumda yunanların buna qarşı çıxmasıdır. ŞKTC-nin beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmamasının kökündə hüquqi deyil, siyasi məsələlər dayanır”.

Bunu Ölkə.az-a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

O hesab edir ki, bu siyasi əngəlliklər aradan qaldırılmalı və 40 ildir müstəqil dövlət kimi fəaliyyət göstərən ŞKTC beynəlxalq aləmin hüquqi üzvü kimi tanınmalıdır. 

Onun fikrincə, ŞKTC-nin müstəqil dövlət kimi beynəlxalq aləmin bir üzvü olması istiqamətində ilk addımları Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələr atmalıdır: “TDT ŞKTC-yə dəstək verməlidir. TDT üzvləri ŞKTC-nin müstəqilliyini tanıyıb, onu təşkilatın tamhüquqlu üzvü kimi qəbul etməlidirlər. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. Azərbaycna hər zaman ŞKTC-ni dəstəkləyib. Azərbaycan Şimali Kiprin istər Azərbaycanda, istərsə də digər ölkələrdə keçirilən zirvə görüşlərində iştirakında maraqlı tərəf olub. Məsələn, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şimali Kiprin prezidenti Ersin Tatar 2024-cü ildə TDT-nin Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünə dəvət edilib. Bakı Şimali Kiprin rəsmən tanınmasının tərəfdarıdır. Bu məsələdə sadəcə Orta Asiyanın türk ölkələrinin fərqli fikirləri var. Düşünürəm ki, bu istiqamətdə Orta Asiya ölkələri işi daha da sürətləndirilməlidir. Yaxın gələcəkdə kollektiv şəkildə TDT üzvləri Şimali Kipri müstəqil dövlət kimi tanımalı və tam hüquqlu üzv kimi öz sıralarına qəbul etməlidirlər”. 

Əlibəyli eyni zamanda Türkmənistanın da TDT-də tamhüquqlu deyil, müşahidəçi qismində çıxış etməsini qəbuledilməz hal hesab edib.

“Türkmənistanın TDT-nin rəsmi üzv olmamasının ağlabatan səbəbini görmürəm. Əslində, bunun səbəbini özləri də izah edə bilmirlər. Halbuki Türkmənistan türk dünyasına, türk dövlətlərinə daha yaxın ölkədir. Ola bilsin, bu məsələdə Rusiyanın və İranın müəyyən təsirləri var. Amma Rusiyanın digər Orta Asiya ölkələri üzərində təsiri və təzyiqi faktdır. İstənilən halda Türkmənistanın TDT-nin rəsmi üzvü olması olduqca önəmlidir və bu istiqamətdə çalışmalar davam etməlidir. Bir türk ölkəsinin Mərkəzi Asiyanın ortasında olduğu halda öz qonşularından, qardaşlarından kənarda durması həm qəbuledilməz, həm də qeyri-mümkündür”. 

Əlibəyli əlavə edib ki, artıq TDT-nin beynəlxalq təşkilat kimi beynəlxalq arenaya çıxması istiqamətində qətiyyətli addımlar atılmalıdır: “TDT-nin beynəlxalq təşkilat kimi qlobal geosiyasi proseslərdə ciddi oyunçu  rolunda çıxış etməsi üçün çox böyük imkanlar var. Bunu bu günlərdə Prezident İlham Əliyev təşkilatın DİN rəhbərləri ilə görüşündə də bəyan edib. Azərbaycan ümumiyyətlə TDT-nin təşkilatlanması, türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətlərinin qurulması və söz sahibi olan quruma çevrilməsi istiqamətində aktiv fəaliyyət göstərməkdədir. Azərbaycan TDT-nin söz sahibi bir təşkilata çevrilməsi üçün bundan sonra da səylərini davam etdirəcək.  

TDT-nin həm də sıraları genişləndirilməlidir. Ən azı Macarıstan, Şimali Kipr, Türkmənistan təşkilatın tamhüquqlu üzvü olmalıdır”. 

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri