Icma.az
close
up
RU
Türkmənistan görüşü Türk dünyasında strateji əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün güclü təməl rolunu oynayacaq

Türkmənistan görüşü Türk dünyasında strateji əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün güclü təməl rolunu oynayacaq

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Bu kimi zirvə görüşləri sübut edir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan regionda inteqrasiya və iqtisadi əməkdaşlıq üçün ciddi iradə göstərirlər. Gələcəkdə bu formatın praktiki nəticələr gətirən stabilləşmiş platformaya çevrilməsi mümkündür və buna heç bir şübhə yoxdur”.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşü şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, bu günkü sammit, Mərkəzi Asiyanın iki ölkəsi, eləcə də Azərbaycan arasında möhkəm iqtisadi, nəqliyyat, enerji və mədəni bağları gücləndirmənin, həmçinin regional inteqrasiya və sabitliyin artırılmasının real addımı kimi əhəmiyyət kəsb edir:
“Yüksəksəviyyəli görüş zamanı imzalanan sənədlər regionda nəqliyyat-logistika infrastrukturlarının və tranzit imkanlarının artırılması, enerji və humanitar layihələrin genişləndirilməsi üzrə konkret addımları ehtiva edəcək.
Bu sammit, Orta Dəhliz kimi beynəlxalq tranzit marşrutlarının effektivliyinin artırılmasına və regionda daha sıx inteqrasiyaya stimul verə bilər. Ümumilikdə, bu görüş, Türk dünyasında strateji əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün güclü təməl rolunu oynayacaq”.
İlham Məmmıdov qeyd edib ki, Özbəkistan, Türkmənistan və Azərbaycan liderləri arasında ilk dəfə bu formatda görüş keçirilir. Millət vəkilinin sözlərinə görə, bu görüş həm siyasi, həm də regional strateji əməkdaşlığa töhfə verəcək yeni bir mərhələ kimi qiymətləndirilə bilər.
Azərbaycan–Türkmənistan–Özbəkistan formatında üçtərəfli görüşüün ilk dəfə 5 avqust tarixində keçirildiyini xatırladan İlham Məmmədov, həmin görüşdə Azərbaycanın Baş naziri Əli Əsədovun iştirak etdiyini diqqətə çatdırıb. Millət vəkili deyib ki, həmin görüş zamanı da humanitar və mədəni əlaqələr, iqtisadi əməkdaşlığın gücləndirilməsi, xüsusilə nəqliyyat, logistika və enerji sahələrinin müzakirə edildiyini vurğulayıb.
Qeyd edək ki, bu gün Türkmənistanın Awaza turizm bölgəsində bu üç ölkənin liderləri — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Halk Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bir araya gəliblər. Üçtərəfli formatda keçirilən sammitdə iqtisadi və ticarət əməkdaşlığı, nəqliyyat və kommunikasiya, enerji sektorunda əməkdaşlıq, humanitar məsələlər müzakirə edilib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Avqust 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri