Icma.az
close
up
RU
Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynayacaq Analitik

Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynayacaq Analitik

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

 "Bu, Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə üz-üzə qoya bilər"

İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb: "Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir".


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Ermənistan türkmən qazını hələ 2017-ci ildə - Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi: 

"Həçənd, indiyə qədər ya İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət məsələsi müzakirə mövzusudur. Bu, Azərbaycan üçün mənfi perspektivləri ortaya çıxara bilər. Birincisi, İrəvanın qaz təchizatını şaxələndirməsidir: müharibədən sonra Azərbaycanın Ermənistana qaz satması məsələsi aktuallaşıb və bu, Bakıya həm də strateji üstünlük qazandıra biləcək amildir; Ermənistanın təchizat zəncirini genişləndirməsi perspekstivdə üstünlük əldə etmək imkanlarımızı zəiflədir. İkincisi, Ermənistanın məhz Türkmənistan qazına göz dikməsidir. 2021-ci ildə Bakı türkmən qazının İran tranziti ilə alınması üzərində razılıq əldə etsə də, 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yaranıb".


Analitik qeyd edib ki, Ermənistan Türkmənistan üçün yeni bazar rolunu oynaya bilər: 

"Bu, Bakını təkcə İrəvan üzərində mümkün qaz rıçağı əldə etmək perspektivini zəiflətmir, həm də regionda erməni alternativi ilə üz-üzə qoya bilər. Üçüncüsü və ən riskli məqam Ermənistanın türkmən qazının Avropa bazarına çıxışda mümkün tranzitə çevrilməsidir: Tumanyan bildirir ki, “türkmən qazının Ermənistan vasitəsilə Gürcüstana ixracı da müzakirə edilib, Tbilisi müsbət cavab verib. İdeya reallaşarsa, türkmən qazının Qara dəniz ölkələrinə də ixracı mümkün olacaq”. İrəvan buna nail olarsa, Avropa bazarına çıxış əldə etmək istəyən Türkmənistan alternativ tranzit əldə edir. Bu, Azərbaycan tranzitinin aktuallığını itirməsə belə, “yeganə yol” statusunu zəiflədir. Azərbaycanın Gürcüstan bazarındakı hakim mövqeyinə risklər yaradır. Türkmən qazını Gürcüstana və Qara dəniz hövzəsinə çıxaran Ermənistan regionun enerji infrastrukturunda, ümumilikdə Orta dəhlizdə tranzit payı əldə edə bilər. Rəsmi Bakı mövcud vəziyyətdə o qədər də əhəmiyyətli görünməyən bu məsələnin gələcəkdə risk təşkil etməməsi üçün İrəvan-Aşqabad xəttindəki mümkün anlaşmaya diqqət yetirməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri