Türkmənistan Prezidenti Azərbaycan stendi ilə tanış olub
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkmənistanın Berzengi sanatoriyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi "Dünya mətbəxi" müsabiqəsi keçirilib.
"Report"a bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.
Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstərib, qonaqlara milli mətbəx nümunələri təqdim olunub.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub.
Azərbaycan səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifikat təqdim olunub.
Azərbaycan səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edib, bu bayramın sülh, dostluq və birliyi simvolizə etdiyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Mart 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















