Icma.az
close
up
RU
Türkmənistan TDT yə üzvlüklə bağlı qərar verəcək

Türkmənistan TDT yə üzvlüklə bağlı qərar verəcək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçısı İlham Əliyev bu gün Türkmənistana səfər edib. O, bu ölkənin Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşüb. Bundan əvvəl Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının sammitinə Qurbanqulu Berdiməhəmmədov da dəvət edilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının sammiti 6–7 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək.

Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası İşçi Qrupunun sədri Tənzilə Rüstəmxanlı Modern.az-a bildirib ki, Türk Dövlətləri Təşkilatının aktkiv fəaliyyətinin bir səbəbi də quruma Azərbaycanın liderlik etməsidir:

“Əlbəttə, bu, cənab Prezidentin təşəbbüsü ilə ciddi məsələdir. Türk dövlətlərinin həm iqtisadi, həm siyasi əlaqələrinin güclənməsində Azərbaycan ən önəmli söz sahiblərindən biridir. Türkmənistan həm Türkiyəyə, həm də Azərbaycana məsafəliydi. 30 ildən artıq bir vaxtda soyuq siyasi münasibətlər mövcud idi. Deyim ki, "soyuq savaş” gedirdi. Amma Azərbaycan Prezidentinin münasibəti, Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etməsi, onun burada yüksək səviyyədə qəbulu, işğaldan azad olunmuş Qarabağ torpaqlarına getməsi və  Milli Məclisdə olması münasibətlərdə dönüş nöqtəsi oldu.
Parlamentin spikeri hörmətli Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə Azərbaycan və Türkmənistan xalqlarının bir-birinin mənfəətlərinə uyğun şəkildə davranmasının, xarici siyasətdə bir-birimizi müdafiə etmənin önəmindən danışdı və bunun mümkünlüyündən bəhs etdi. Köklərimizin eyni olduğunu vurğuladı. Mən də həmin görüşdə iştirk edirdim. Berdiməhəmmədov da eyni sözləri dilə gətirdi.
Əlbəttə, bütün təşəbbüslərin səbəbi cənab Prezidentin bu yöndə israrlı və cəsarətli addımları, özəlliklə də, Qarabağın azad olunmasından sonra bu məsələlərə diqqət ayırmasıdır.
Cənab İlham Əliyevin bu səfəri gözlənilən idi. Mənim böyük ümidlərim var. Bir az gözləyək. Səfərin artıq ilkin müjdəsi gəldi. Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatınımn Qəbələdə keçiriləcək növbəti toplantısına dəvət olunub. O iştirak etmək qərarını veribsə, bu əmin olun ki, irəliyə doğru böyük addım olacaq. Bir daha deyirəm ki, əmin olun, bütün bunlar cənab Prezidentin xidmətidir. Bunlar hamısı böyük addımlardır. Bu, həm Türk Dövlətləri Təşkilatının irəliyə doğru fəaliyyətinə, həm də Türkmənistanla Azərbaycan arasında birgə siyasi və iqtisadi əməkdaşlığa çox ciddi töhfələrini verəcək. Mən buna çox ümidvaram, çünki Türkmənistan səfiri ilə də də görüşmüşəm. Bu münasibətlərin inkişafı ilə bağlı onunla çox ciddi söhbətimiz olub. Yəni indiyə qədər atılmayan addımlar atılıb. Çox ciddi və gözəl nəticələrin olacağını düşünürəm”.

T. Rüstəmxanlı Türkmənistanın da TDT-yə tam üzvlüklə bağlı qərar verəcəyini deyib:

“Heç nəyi vaxtından əvvəl tələsdirmək lazım deyil. Bunu Türkmənistanın özünün qərarına buraxmaq lazımdır. Mən əminəm ki, Türkmənistan o qərarı verəcək. Toplantılarda iştirak etsin, görsün. Berdiməhəmmədovun tədbirdə iştirakı böyük hadisədir, bunu anlamaq lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri