TÜRKPA nın Baş katibi: Türk dövlətləri yaşıl enerji nin təşviqini sürətləndirməlidirlər
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər.
"Report" xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin təsirlərinin azaldılması, səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq səviyyədə əlaqələndirilmə mühüm əhəmiyyət daşıyır:
"Səhiyyə sistemlərinin yükü durmadan artır. Qarşımızda duran əsas vəzifə iqlim dəyişmələrinin zərərli təsirlərinin azaldılması istiqamətində tədbirlər görməkdir. Bu, çox çətin bir vəzifədir. İnanırıq ki, türk dövlətlərinin əməkdaşlığı bu kimi məsələlərin həllində qlobal səylərin təşviqinə töhfə verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Yanvar 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















