TÜRKPA nın Baş katibi Türkiyənin ATƏT yanında daimi nümayəndəsi ilə görüşüb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də TÜRKPA-nın Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə səfəri çərçivəsində Türkiyənin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında daimi nümayəndəsi səfir Zeynep Kızıltan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı 2010-cu ildən etibarən TÜRKPA və ATƏT arasındakı əməkdaşlıq, gələcək əlaqələrin inkişaf perspektivləri, o cümlədən TÜRKPA-nın ATƏT PA yanında müşahidəçi statusunun əldə edilməsi ilə bağlı qardaş ölkələrin daimi nümayəndəliklərinin dəstəyi müzakirə olunub.
Ramil Həsən TÜRKPA-nın cari və gələcək fəaliyyəti, eyni zamanda, Qazaxıstan sədrliyi çərçivəsində həyata keçirilən işlər barədə səfirə geniş məlumat verib
Öz növbəsində Zeynep Kızıltan TÜRKPA-nın Türk dünyası üçün xüsusi əhəmiyyətini vurğulayaraq, təşkilatın ATƏT və ATƏT PA ilə yanaşı, həyata keçirdiyi bütün fəaliyyətlərini dəstəklədiyini və gələcəkdə də bu istiqamətdə lazımi köməyin göstəriləcəyini ifadə edib.
Görüşdə, həmçinin digər ikitərəfli və strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.
Görüşdə Türkiyə tərəfindən Müşavir Pelin Musabay Baki və Üçüncü katib Can Bostancı, TÜRKPA-dan isə Baş katibin müavini Muhammet Alper Hayali, komissiya katibi Aynur Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Fevral 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















