Icma.az
close
up
RU
TÜRKPA nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının iclası keçirilib

TÜRKPA nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının iclası keçirilib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Mayın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri" mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov iştirak ediblər.
Çıxışı zamanı Günay Əfəndiyeva komissiyanın hesabatına istinadən qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir sıra ikitərəfli təhsil sazişlərinin imzalanması və ortaq universitetlərin yaradılması bu sahədə atılmış mühüm addımlar sırasındadır. O bildirib ki, bu təşəbbüslər yalnız təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə deyil, eyni zamanda ümumtürk inteqrasiyasının sürətlənməsinə və gələcək nəsillərin ortaq dəyərlər əsasında formalaşmasına xidmət edir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov iclasda Türk dövlətləri arasında təhsil və tədris prosesinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
İclasın sonunda komissiyanın əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə xarakterli qərarlar müzakirə olunub. Müzakirələr nəticəsində “Uşaqların sağlamlığı və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında” Model Qanunun hazırlanmasına dair qərar qəbul edilib.
***
Həmin gün TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası çərçivəsində "TÜRKPA üzv dövlətlərində təhsil sahəsində müasir çağırışlar, problemlər və inkişaf yolları" mövzusunda seminarı keçirilib.
Tədbirə TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Ulan Bakasov moderatorluq edib.
Seminarda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Şöbəsinin müdiri Çapay Məmmədov, nazirliyin Türk dövlətləri ilə təhsil sahəsində fəal əməkdaşlıq etdiyini bildirib. O, 2024-cü ildə Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin VIII iclasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin, ortaq proqramların hazırlanmasının və məktəblilərin ortaq türk tarixini və mədəniyyətini öyrənməsinin vacibliyinin vurğulandığını qeyd edib, seminarın mövzusu barədə öz fikirlərini səsləndirib.
Çıxışının sonunda Təhsil Nazirliyinin şöbə müdiri, TÜRKPA üzv dövlətləri arasında təhsil sahəsində əməkdaşlığının inkişafı, problemlərin həlli və təhsil sistemlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ortaq strategiyaların hazırlanmasının vacibliyini vurğulayıb.
Sonra, Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin Elm və İnnovasiyalar Departamentinin aparıcı mütəxəssisi Ayjan Karibekova, Türkiyə Respublikası Ali Təhsil Şurasının müşaviri İlyas Kara, Milli Təhsil Nazirliyi Milli Təhsil Akademiyasının eksperti Murat Akkuş və nazirliyin Beynəlxalq Təşkilatlar Şöbəsi, Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin ekspert müəllimi Şeyma Nur Dündar çıxış ediblər. Çıxışçılar Türk dövlətləri arasında elm, təhsil, mədəniyyət və humanitar sahələrdə ortaq fəaliyyətlərin gələcək perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 May 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri