TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının 12 ci iclası keçirildi
Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.
Fevralın 25-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev təmsil edib.
A.Vəliyev çıxışı zamanı Milli Məclis tərəfindən enerji sahəsinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraqməqsədyönlü işlərin aparıldığından danışıb, ölkədə keçirilən mühüm tədbirlərdən bəhs edib.
Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” model qanun layihəsi müzakirə edilərək təsdiq edilib.
Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Fevral 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















