Icma.az
close
up
RU
TÜRKPA və Parlamentlərarası İttifaq arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

TÜRKPA və Parlamentlərarası İttifaq arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də İsveçrənin Cenevrə şəhərində TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, M.Çunqonq Baş katib Ramil Həsəni vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.

Ramil Həsən PAİ-nin Baş katibinə xoş sözləri üçün minnətdarlığını bildirərək, əməkdaşlıq perspektivləri və iki qurum arasındakı əlaqələrin daha da gücləndirilməsi ilə bağlı fikirlərini səsləndirib. O, PAİ-nin Katibliyinin geniş təcrübəsini nəzərə alaraq, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşlarının İttifaqda qısamüddətli peşəkar təlim proqramında iştirak imkanlarına baxılmasını təklif edib.

M.Çunqonq bu təklifi məmnuniyyətlə qarşılayıb və qurumlar arasındakı ikitərəfli əməkdaşlığın bütün istiqamətlərinə dəstək verməyə hər zaman hazır olduğunu bildirib. O, həmçinin Qırğızıstanın PAİ-nin fəaliyyətində fəal iştirakının təmin edilməsi istiqamətində TÜRKPA-nın dəstəyinin əhəmiyyətini qeyd edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, parlament diplomatiyası sahəsində təcrübə mübadiləsi və iki qurum arasındakı dialoqun inkişaf etdirilməsi məsələlərinə diqqət yetirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri