Icma.az
close
up
RU
Türkün birliyinə uzanan “çirkli əllər”

Türkün birliyinə uzanan “çirkli əllər”

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

TRT-nin Urmiyə haqqındakı verilişi düşünülmüş anti-türk aktıdır

Güneyli-Quzeyli Azərbaycan türkləri son dövrlərdə dünya türklərinin milli azadlıq mayakı olan Türkiyəmizin beynəlxalq müstəvidə söz sahibinə çevrilməsini böyük ümid və ruh yüksəkliyi ilə izləməkdədir. Xüsusilə erməni-rus alyansının son 30 ildə işğal edib, xarabalığa çevirdiyi Azərbaycanın cənnət guşəsi Qarabağ torpaqlarından çıxarılmasında haqlı olaraq daim, dövrümüzün ikinci Atatürkü adlandırdığımız sayın Rəcəb Tayyıp Ərdoğanın şəxsində Türkiyəmizin mühüm rolu olduğunu nəzərə alaraq, beynəlxalq proseslərin ən azı Güney Azərbaycanımızın torpaqlarının və onun 45 (qırx beş) milyon civarında olan Azərbaycan və 5 (beş) milyon civarında olan türkmənlərin bütövlükdə, 63 milyon civarında olan Qacar yurdu türklərinin doğma milli torpaqları ilə birgə şovinist fars faşizminin 100 (yüz) ildən bəri davam edən əsarətindən qurtarılması ilə yanaşı, Türkiyə, Bütöv Azərbaycan, Bütöv Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Quzey Kipr türklərinin torpaqları ilə birlikdə cəmiyyətlərinin də bütövləşərək vahid iqtisadi, hərbi, siyasi cəhətdən dünyada söz sahibinə çevriləcəyinə ümidlərimiz son dərəcədə artıb.

Bunu dünənə qədər de-yure rus imperiyasından 34 (otuz dövrd) il bundan qabaq ayrılmış 5 (beş) türk respublikası rəhbərlərinin davranışlarında, de-fakto bu əsarətdən qurtara bilmədikləri aydın göründüyü halda, hazırda bu ölkə rəhbərlərinin müstəqil davranışı, qərarları onların artıq türk milli birliyi ideyası altında Türkiyəmiz ətrafında birləşməyə yönəldiyini göstərir. Məhz bu amil 100 (yüz) ildən bəri, 54 (əlli dörd) il şahlıq, 46 (qırx altı) il şovinist fars molla faşizmin daim qətliamlara, assimilyasiyaya, hər cür fəlakətə məruz qoyduğu bu gün İran, yəni farsdillilərin yaşadığı ərazi adlandırılan türk Qacar yurdunda öz milli ərazilərində yaşayan 63 milyon civarında türkün tezliklə milli azadlığa qovuşacağını düşünməyə real əsas verir.

Lakin türk düşmənləri də sakit oturmayıb. Son illərdə Türkiyənin Kreml və Qərbin, o cümlədən Tehranın yaradaraq maliyyələşdirib, silahlandırıb, illərlə Türkiyəni daxildən parçalamaq üçün istifadə ediyi müxtəlif kürd quldur dəstələrini məğlub edərək, nəinki ölkə daxilindən çıxarması, hətta ölkənin sərhəddlərindən belə uzaqlaşdırması ilə barışa bilmir. Bir-biri ilə iki düşmən cəbhəyə bölünmüş iri düşmən gücləri öz nüfuz və mənafeləri uğrunda dünyanın müxtəlif bölgələrində öz nökərləri vasitəsilə açdıqları savaşlara, başda Türkiyə olmaqla türk dövlətlərini də cəlb edərək, nəticədə öz əsas rəqiblərinə qalib gəlməklə bərabər, türk dövlətlərini də inkişafdan, inteqrasiya edərək bütövləşmə prosesindən ayırıb, zəiflətməklə ayrı-ayrı toplumlar şəklində saxlayaraq yağmalamaq, assimilyasiyaya məruz qoymaqla türk milləti və dövlətini yer üzündən silmək istəyirlər.

1915-ci ilin 24 aprel tarixində Rusiya Türk dövlətini ermənilər vasitəsilə hərbi çevriliş edərək, o zaman dünyada mövcud iki türk dövlətindən biri olan Türkiyəni erməni dövlətinə çevirə bilməsə də, 1925-ci ildə ingilislər Qacar türk dövlətini hərbi çevriliş vasitəsilə fars dövlətinə çevirə bildilər. 100 (yüz) ildən bəri daim ölkənin əsil sahibi olan türklərə bir ovuc farsların divan tutması və bu gün də fahişələr erkəklərini daim dəyişdiyi kimi, ağalarını öz maraqlarına uyğun olaraq daim dəyişən şovinist fars faşizmi dünyada türkün ən qatı, əbədi barışmaz düşməni olduqlarını bu gün də nümayiş etdirirlər. Tarixi proses və hadisələrə nəzər saldıqda türkün alicənablığından, başqa millətlərin varlığına hədsiz hörmət və həssaslığından sui-istifadə edərək türk millətinin bütövlükdə bu günkü fəlakətli hala gətirildiyi göz qabağındadır.

Bu gün də yüzilliklər ərzində müxtəlif türk toplumlarının milli ərazisində türklərin özünün könüllü, başqa güclü dövlətlərin zorla yerləşdirdikləri yad millətlərin zaman-zaman türklərə xəyanət etməsi, başqa güclü dövlətlərin öz məqsədləri üçün vasitə kimi bu millətlərdən türklərə faciələr yaşatdığı barədə faktlar istənilən qədərdir.

Hələ 19-cu əsrdə Karl Marks yazırdı ki, «Bu gün Osmanlını Türk dövləti adlandırmaq çox çətindir». Həm də o, çox haqlı idi. Çünki hələ Sutan Səlim Xəlifə adını daşımaq xatirinə Ərəbistandan 2 (iki) min ərəb ailəsini gətirib Osmanlı ərazisində yerləşdirərək, onlara yaşamaq üçün türklərdən daha yaxşı şərait yaratmışdı. Dövlətin dilini ərəb, fars dilləri etməklə doğma türk dili aşağılanaraq qeyri-rəsmi dil statusuna malik olmuş, İstanbul fəth edildikdən sonra, yunanlar it yerinə belə saymadığı, bir ermənini İstambulun həndəvərinə qoymadığı halda, Osmanlı Sultanı əyalətlərdən erməniləri yığıb gətirərək qədim, möhtəşəm arxitektura nümunələri olan monastrları ermənilərə vermişdir. Turk sultanları özləri ilə bərabər türk əhalini də, ərəbin başqa millətləri öz ideoloji quluna çevirmək üçün yaratdığı, heç bir elmi əsası olmayıb, Mustafa Kamal Paşa Atatürk dediyi kimi, bir ərəbin uydurmalarından ibarət olan islam ideologiyasının quluna çevirmiş, həmin ərəbin öz məqsədləri xatirinə xristianlarla bağladığı və onlara xüsusi imtiyazlar tanıdığı, surəti bu gün Sinay yarımadasındakı müqəddəs Yekaterina monastrında, əsli isə İstanbulda saxlanıb, qorunan müqavilələrə II Sultan Həmidə qədər bütün Osmanlı Sultanları qul kimi itaətlə əməl etmişlər.

Türk insanları, onların dili, mədəniyyəti, yad düşmən millətlərin ayaqları altına atıldığından 1915-ci illərdə xristian ölkələri Osmanlı üzərinə xaç yüyürüşü təşkil etdikləri zaman Osmanlıda hərbi qüvvələrin idarəçiliyi almanların əlində, orduda 29 erməni generalı, o cümlədən tayqulaq Andronik, diplomatik korpusda çoxsaylı ermənilər 7 Səfir, 11 Baş konsul var idi. 22 nazir erməni idi. Ölkə daxilində ədalət mühakiməsi ərəbin islam ideologiyasına əsaslanırdı. Fransız yazıçısı Rone dediyi kimi, – «Osmanlıda bütün millətlərə yer var, o cümlədən türklərə də».

Tarix boyu türklərin qanadının altına alıb qoruduğu, himayə edib ocağının, süfrəsinin yuxarı başında oturtduğu ermənilər təkcə XX əsrdə Türkiyədə 4 milyon, Türküstanda 6 milyon, Güneyli-Quzeyli Azərbaycanda 2 milyondan çox türk insanını qətlə yetirmişlər. Son yüz ildə Güney Azərbaycanda farslar 2 milyon 200 min civarında, Türkiyədə təkcə PKK Öcalan dövründə 35 min civarında türk insanını qətlə yetirmişlər.

İranın baş Ayətullasından tutmuş, yala hürən Amolisinə qədər Quzey Azərbaycan Respublikasının ərazisi olan türk milli torpaqlarını, Qacar yurdunun bütün türklərini iranlı olaraq adlandırması faktiki olaraq Quzey Azərbaycan Dövlətini dövlət kimi və onun ərazisini, Qacar yurdunun türklərini türk milləti və onların milli ərazilərini türk milli əraziləri olaraq tanımaq istəmədiyini sübut edir. Düşmənlərimizin bu qəbillərdən olan hiyləgər, ikibaşlı və üstüörtülü, sadə insanların mahiyyətini dərk edə bilməyəcəyi belə ifadələrlə öz murdar niyyətlərini təbliğ etməsinə Türk dövlətlərinin nümayəndələri sərt cavab verməli, ziyalılarımız belə ifadələrin mahiyyətini açıqlamalı, kütləvi informasiya vasitələrimiz düşmənin belə məkrli təbliğatının məzmun və mahiyyətini daim işıqlandıraraq xalqımızı maarifləndirməklə düşmənin mənhus təbliğatı qarşısına daim keçilməz sədd çəkməlidir.

(Ardı var)

Şapur QASİMİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri