Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Rotavirus infeksiyası çirkli əllər xəstəliyi

Rotavirus infeksiyası çirkli əllər xəstəliyi

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Rotavirus infeksiyası – qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir.

Daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəsislər tərəfindən aşkar olunmasına baxmayaraq rotavirus inveksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.

Rotaviruslar - latıncadan tərcümədə rota - halqa mənasını verir və bu, virusların mikroskop altında halqaya bənzəməsi ilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır. Elə bu səbəbdən də bəzən “bağırsaq qripi” adlandırılan infeksiya xüsusilə payızın axırları və qışın əvvəllərində geniş yayılaraq xəstəlik törədir. Adətən sporadik xarakter daşısa da, bir sıra hallarda epidemiyalara da səbəb olur.

Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir.

Rotaviruslar əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda hava-damcı yoluyla da yayıla bilir.  Həmin virusun törətdiyi infeksiyaya bəzən “çirkli əllər xəstəliyi” deyilir.

Əlamətləri

Xəstəliyin inkubasion dövrü 1 gündən 5 günə qədər davam edir. Qarında kəskin tutmaşəkilli ağrılar, ürəkbulanma, gün ərzində 3-4 dəfə qusma, iştahanın itməsi, sulu ishal, susuzlaşma əlamətləri, qıcolma və huşun itməsi kimi hallarla özünü büruzə verir.

Rotaviruslar əsasən mədə və nazik bağırsaqların selikli qişasını zədələyərək qastroenteritə səbəb olur. Həzm sistemində selikli qişaların zədələnməsi nəticəsində qidaların həzmi pozulur, ishal baş verir. Xəstəliyin əsas xarakterik əlaməti olan ishal susuzlaşmaya səbəb olduğundan uşaq orqanizmi üçün olduqca təhlükəlidir. Xüsusilə 6 aylığından 2 yaşınadək olan bir sıra uşaqlarda susuzlaşma daha ağır nəticələr verə bilir.

Orqanizmin susuzlaşmasını ağızda quruluq, quru dil, dəri örtüyünün quru, soyuq və solğun olması, göz yaşısız ağlama, 5 saat ərzində sidik ifrazının olmaması, tər ifrazının olmaması, gözlərin çuxura düşməsi, nəbzin sürətlənməsi və halsızlıq əlamətləri ilə müəyyənləşdirmək mümkündür.

Profilaktika

Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez yuyulmalı, uşağa yalnız qaynadılmış su verilməli, meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı, göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı, uşaq kollektivlərində daim təmizlik üçün tədbirlər görülməlidir.

Xalq təbabəti reseptləri:

- Hərəsindən 1 çay qaşığı paslı qarağac və darçın tozu qarışdırılır, hər dəfə yeməkdən əvvəl qarışıqdan 1/4 çay qaşığı bol su ilə qəbul edilir.

- 1 litr suya qaynanmış suya 1 çay qaşığı xörək duzu və 5 çay qaşığı şəkər tozu əlavə edilərək qarışdırılır, hər nəcis ifrazından sonra uşağa 1 xörək qaşığı içizdirilir.

- 1 xörək qaşığı dazıotu üzərinə 200 ml qaynar su əlavə edilir, 30 dəqiqə dəmlənərək süzülür. Dəmləmənin üzərinə 1 stəkan isti su əlavə edilir. Gündə 3 dəfə yeməkdən yarım saat sonra 1/3 stəkan qəbul edilir. Dəmləmənı soyuducuda saxlamaq lazımdır. 3 yaşından aşağı körpələrə verilməsi məsləhət deyil.

- 50-60 qram quru qaragilə meyvələri (təzə qaragilə meyvələri əksinə bağırsaqlara yumşaldıcı təsir göstərir)  üzərinə 1 litr su əlavə edilir, zəif ocaqda 15-20 dəqiqə qaynadılır, üzərinə 100 qram şəkər tozu əlavə edilərək qarışdırılır. Gün ərzində yeməkdən əvvəl və sonra ilıq halda qəbul edilir.

- 40 qram adi palıd qabığı 1 litr suda 20 dəqiqə qaynadılır, süzülür, gündə 5-6 dəfə isti halda qəbul edilir.

- 2 filtr-bağlama Qastren çayı 200 ml suda dəmlənir. Güclü ishal zamanı hər 30 dəqiqədən bir 1-2 xörək qaşığı uşağa içizdirilir. Qastren çayının dəmləməsi ilə təmizləyici imalə bağırsaqların peristaltikasını zəiflədir və ishalın qarşısını alır.

- 100 qram quru kişmiş üzərinə 1 litr su əlavə edilərək 30-60 dəqiqə qaynadılır, soyudulur. Kişmişlər qaşıq vasitəsilə əzilərək süzülür. Süzülmüş dəmləmənin üzərinə 1 çay qaşığı xörək duzu, yarım çay qaşığı çay sodası, 4 çay qaşığı şəkər tozu əlavə edilərək 2-3 dəqiqə qaynadılır, otaq temperaturunda soyudulur. Gün ərzində hər qusmadan və nəcis ifrazından sonra qəbul edilir.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri