Icma.az
close
up
RU
Türkün dişi maralı

Türkün dişi maralı

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Qədim türk mifoloji düşüncəsində soyun mənşəyi həmişə yalnız insan kişi ilə əlaqələndirilmirdi. Göytürklərin mənşə əfsanələrinin Çin mənbələrində qorunan variantlarında dişi qurd mühüm rol oynayır: məğlub edilmiş bir tayfadan sağ qalan oğlan uşağını dişi qurd bəsləyir, sonra ondan on oğul dünyaya gətirir və bu nəsildən Aşina soyunun meydana gəldiyi bildirilir. Yəni burada soyun başlanğıcında dayanan əsas fiqur dişi heyvandır.
Lakin türk mifologiyasında əcdadlıq yalnız qurd obrazı ilə məhdudlaşmır. Dişi maral da müqəddəs qoruyucu obrazdır. Bulan və ya Bolan, Pulan adı türk mifologiyası ədəbiyyatında bu dişi maral obrazı ilə əlaqələndirilir. Burada Bulan ana, qoruyucu və yol göstərən müqəddəs varlıq kimi düşünülür.
Qoruyucu dişi marala Qırğız yazıçısı Çingiz Aytmatovun "Ağ gəmi" romanında da rast gəlirik. Yazıçı məğlub edilmiş, soyu kəsilmək üzrə olan qədim qırğız xalqında qalmış iki körpənin buynuzlu dişi maral tərəfindən xilas edildiyini yazır. Adətən dişi marallar buynuzsuz olsa, burda buynuzlu olması xüsusilə qeyd edilir. O, həmçinin qırğız qəbirlərinə də maral buynuzu qoyulduğunu qeyd edir.
Maral buynuzunun qəbirlərə qoyulmasına bir çox türk xalqlarında da rast gəlinib. Həmçinin Azərbaycanda Naxçıvanda Gəmiqaya da qayaüstü rəsmlərdə də maral təsvirlərinə rast gəlinib. Bundan başqa xalq mahnılarında, xalçaların, sandıqların üstündə də maral rəsmlərinin olması təsadüfi deyil.
Burada Bulan və Bulcanın ad oxşarlığı xüsusilə maraqlı görünür. Bulan dişi maral, mifoloji qoruyucu; Bulca — kişi və mifoloji ulu əcdad.

Qədim türklərdə qoruyucu dişi maral, ana maral, dişi qurd obrazları qadına münasibətlərinə də müəyyən mənada təsir edib.
Türkiyədənin bəzi yerlərində əmi, dayı arvadına Bula deyilir. Burada Bula adı ilə dişi maralın Bulan adı arasında maraqlı oxşarlıq diqqət çəkir.
Və yaxud Türkiyənin bəzi yerlərində, örnək üçün Gümüşhane əyalətində qadın cinsiyyət orqanına "bilik", kişi cinsiyyət orqanına isə "bılik" deyirlər. Burdakı "bilik" sözünün hansı mənada işlənməsi isə araşdırılmalıdır.
"Bilik" sözü bizi "Bilgə" adına gətirir. Qədim türk dilində "bilgə" müdrik və bilikli mənasında işlənir.
İkinci Göytürk xaqanlığının qurucusu İltəris xaqanın arvadının adı Bilgə xatun idi. O həm də Bilgə xaqanın anasıdır. Bu həm də bizə göstərir ki, qədim türklərdə kişilər və qadınlar eyni adı daşımağı ayıb saymırdılar.
Eyni qadın xətti saç və hörük ənənəsində də davam edir. Türk dünyasının müxtəlif bölgələrində qadın saçının çoxsaylı hörüklərə bölünməsi, bəzi ənənələrdə isə qırx xırda hörük şəklində düzəldilməsi məlumdur. "Belik" sözü də bəzi türk dialektlərində saç hörüyü mənasında işlənir. Hörüklərə muncuq, metal bəzək, asqı və qoruyucu əşyaların bağlanması saçın sadəcə gözəllik vasitəsi olmadığını, qadının sosial və ritual kimliyinin bir hissəsinə çevrildiyini göstərir.
Burada dişi maralın budaqlanan buynuzları ilə çoxsaylı hörüklər arasında simvolik paralel də qurmaq mümkündür. Maralın başından budaqlanan buynuzlar və qadının başından ayrılan çoxsaylı hörüklər vizual olaraq bir-birini xatırladır.
Qadın saçının ritual əhəmiyyəti qadın şamanlarda daha aydın görünür. Altay, Tuva, Buryat və digər Sibir ənənələrində qadın şamanların saç və geyimləri ritual əşyalarla tamamlanırdı. Saça və hörüklərə bağlanan əşyalar qoruyucu və mərasim xarakterli funksiyalar daşıyırdı.

Ülviyyə Lalə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri