“Türküstan” qəzeti 20 yaşını qeyd edir
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bu gün “Türküstan” qəzetinin nəşrə başlamasından 20 il ötür.
Modern.az xəbər verir ki, 11 iyun 2006-cı il tarixində nəşr həyatına başlayan “Türküstan” qəzetinin siyasətinin prioritetini Türk ölkələri arasında inteqrasiyaya dəstək vermək, dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycan məsələsi, Türk xalqlarının tarixi keçmişi, bu günü və gələcəyi ilə bağlı məlumatları, araşdırmaları geniş oxucu kütləsinə çatdırmaq olub.
“Türküstan” qəzeti 2012-ci ildə TÜRKSOY-un “Türk dünyası mədəniyyətinin tanıdılmasına xidmət” mükafatına (Türkiyə/Ankara), 2017-ci ildə Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” mükafatına (Qazaxıstan/Türküstan), həmçinin, bu yöndə çoxsaylı yerli və beynəlxalq təltiflərə layiq görülüb.
Qəzetin elektron versiyası olan Turkustan.az saytı onlayn rejimdə fəaliyyət göstərir və ölkəmizin ictimai-siyasi mühitində, həmçinin, dünyada baş verən hadisələrin operativ və obyektiv şəkildə yayınlanmasında fəallığı ilə seçilir.
“Türküstan” qəzeti Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən davamlı olaraq dəstəklənən mətbu nəşrlər sırasındadır. “Türküstan” redaksiyası bu faktı Azərbaycan dövlətinin Türk dünyasının birliyini təşviq edən media subyektlərinə dəstəyinin nümunəsi sayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 11 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















