Icma.az
close
up
RU
Türməyə düşən məşhur şou biznes nümayəndələri Qadın alveri, narkotik, bıçaqlanma...

Türməyə düşən məşhur şou biznes nümayəndələri Qadın alveri, narkotik, bıçaqlanma...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Azərbaycan şou-biznes aləmində bir neçə tanınmış ifaçı və sənət adamı müxtəlif səbəblərlə həbs edilib. Onların arasında dələduzluq, narkotik vasitələrin dövriyyəsi, avtoxuliqanlıq və hətta ağır cinayətlərdə ittiham olunanlar var.

Bir çoxu qısa müddətlik inzibati cəza ilə azadlığa buraxılsa da, bəziləri uzunmüddətli həbsə məhkum edilib. Bu faktlar göstərir ki, şou-biznes nümayəndələri də digər vətəndaşlar kimi qanun qarşısında məsuliyyət daşıyırlar.

Globalinfo.az belə sənət nümayəndələrindən bir neçəsini təqdim edir:

Müğənni Manaf Ağayev 18 fevral 2022-ci il tarixində işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyinə görə saxlanılıb və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 sutka inzibati həbs cəzası verilib.

Müğənni Rəqsanə İsmayılova 16 avqust 2025-ci il tarixində dələduzluq ittihamı ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) üzrə cinayət işi başlanılıb və məhkəmə qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müğənni Fədayə Laçın 2017–2018-ci illərdə Bakı-Astara-Bakı xətti üzrə qatar vasitəsilə qaçan məhbuslara yardım etdiyi üçün təqsirli bilənərək həbs olunub. 5 illik cəza alıb, lakin müəyyən müddət sonra bu cəza 2 il azadlıqdan məhrum edilməyə endirilib, sənətçi 2019-cu ilin oktyabrında sərbəst buraxılıb.

“Eurovision-2008” təmsilçimiz Samir Cavadzadə 2011-ci ildə dostu Elvin Hüseynovu bıçaqlaması ilə əlaqədar saxlanılıb və bir müddət həbsdə qalıb.

Həmçinin oxuyun:

İki il əvvəl həbs edilən məmur azadlığa buraxıldı

Meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusunu qəsdən öldürmək və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib və hazırda ciddi rejimli penitensiar müəssisədə cəza çəkir.

Müğənni Tunar Rəhmanoğlu 2013-cü ildə avtoxuliqanlıq və polisin qanuni tələbini yerinə yetirməkdən imtina etməsi səbəbindən 10 sutka həbs və 1 il sürücülük hüququndan məhrum edilmə cəzası alıb.

Reper Elşad Xose (Əliyev) 2010-cu ildə narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə bir müddət həbs olunub.

Müğənni Maral Tahirqızı 2015-ci ildə Cinayət Məcəlləsinin 244-cü maddəsi (əxlaqsızlıq yuvası təşkil etmə və ya saxlama) ilə ittiham olunaraq 3 illik azadlıqdan məhrum edilmə cəzası alıb. Cəzanın üçdə ikisini çəkdiyi üçün vaxtından əvvəl sərbəst buraxılıb.

Prodüser Təranə Səmədova 2017-ci ildə qadın alverində ittiham olunaraq 2 il həbs cəzası alıb. 2019-cu ildə azadlığa çıxıb, lakin 2023-cü ilin fevralında hədə-qorxu ilə tələb etmə (CM-nin 182-ci maddəsi) ittihamı ilə yenidən həbs olunub və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri