Icma.az
close
up
RU
Turqay Zeytingöz: “Azərbaycan basketbolunun gələcəyi üçün başlanğıc ili oldu” MÜSAHİBƏ İdman və Biz

Turqay Zeytingöz: “Azərbaycan basketbolunun gələcəyi üçün başlanğıc ili oldu” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingözün İdman.biz-ə müsahibəsi

- Yola salmağa hazırlaşdığımız 2024-cü ili Azərbaycan basketbolu üçün necə dəyərləndirirsiz?
- Bizim üçün gözəl keçdi. Azərbaycan basketbolunun gələcəyi üçün başlanğıc ili oldu. Liqanın oyunları da rəqabət baxımından fərqləndi. Həmçinin oğlanlardan ibarət U-18 və qızlardan ibarət U-16 millilərimiz Avropa çempionatının C divizionundan qızıl medalla döndülər. Qadınlardan ibarət 3x3 komandamız Paris-2024 Yay Olimpiya Oyunlarında debüt etdi. Bir sözlə, Azərbaycan basketbolu üçün qiymətli bir il oldu.
- 3x3 basketbol millimizi qeyd etdiz. Onların Olimpiadada iştirakı gələcək nəsil üçün nə verdi?
- Komandanın Paris-2024-də təmsil olunması bizi çox qürurlandırdı. Orda basketbolun vətəni olan ABŞ-ni məğlub etməyimiz və hər kəsin Azərbaycan basketbolundan danışması bizi ayrıca ruhlandırdı. 5 nəfərlik heyətdə 2 legioner var idi. Amma bu nəticə qazanmaq üçün atılan addım idi. Məqsədimiz yerli idmançıların milli komandada yer almasıdır və fikrimcə, Olimpiadada iştirak etmək gələcək nəsil üçün faydalı olacaq. Belə olacağına inanıram.

- Onda yeni ildə bu komanda yerlilərdən təşkil olunacaq?
- Mersedes Volker bizdən ayrıldı. Tatyana Deniskina və Dina Ulyanovanın da yaşı artıq kifayət qədər çoxdur. Bu səbəbdən də planlarımızı qurmağa başlamışıq. Hazırda heyətimizdə Tifani Hayes, Brianna Freyzer kimi dünya basketbolunda olan önəmli oyunçular var. Bundan başqa, Aleksandra Molenhauzerin heyətdə uzun müddət yer alacağını da düşünürəm. Artıq 2007-2008-ci təvəllüdlü çox yaxşı yerli basketbolçularımız da var. Onlar da yaxın zamanda bizə kömək edəcək. Onlar bayrağımızı yüksəklərə daşımaq üçün çalışacaqlar. Buna inanıram.

- İli əsas milli komandamız üçün necə dəyərləndirirsiz? Kişilərdən ibarət yığmamızın DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində çıxışı sizi qane edir?
- Son 2 matçda şanssızlıqdan məğlub olduq. Çox ciddi itkilərimiz var idi. Amil Həmzəyev və Endər Poladxanlı zədə səbəbindən düşərgədə deyildi. Gələn ilin fevralında daha 2 oyunumuz var. Bunlarda qalib gəlsək, növbəti mərhələ şanslarımız olacaq. Bu səbəbdən sonadək mübarizə aparacağıq. Bununla yanaşı, gənc oyunçularımızı yetişdirmək üçün də çalışırıq. Yaxın zamanda əsas millimizin də uğurlu nəticələr qazanacağına inanıram.

- Uğurlu nəticələrə imza atan aşağı yaş qrupları üçün ili necə qiymətləndirərdiz?
- Qızlardan ibarət U-18 və oğlanlardan ibarət U-16 milliləri də C divizionunda qızıl medal qazansaydı, daha uğurlu il adlandırmaq olardı. Gələn il qızlar və oğlanlardan ibarət U-16 və U-18 millilərimiz B divizionunda çıxış edəcəklər. Bu bizim üçün çətin olacaq. Amma kənardan özümüzü görmək baxımından faydalıdır. Səviyyəmizi artırmaq istəyiriksə daha yuxarı divizionlarda, daha güclü komandalara qarşı mübarizə aparmalıyıq. Basketbolçularımızdan yaxşı nəticələr gözləyirəm.

- Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün bir hissəsi geridə qaldı. Arxada qalan 9 tur gözləntilərinizi doğrultdu?
- Çempionar çox yaxşı və maraqlı görüşlərə səhnə olur. Hər 2 qrupda da məğlub olmayan komanda qalmayıb. B qrupunda “Gəncə”, “Ordu” və “Şəki”nin birincilik uğrunda mübarizə aparır. 3 komandanın da qalib olmaq şansı var. A qrupunun ən güclüsü “Sabah” da məğlub oldu. Yanvar və fevralda bizi Azərbaycan kubokunun matçları gözləyir. Rəqabətli və sürprizə açıq yarışının olacağını düşünürəm. Liqada bizi sevindirən digər məqam azərbaycanlı basketbolçuların performansıdır. “Sabah”da Endər Poladxanlı, Şirzad Şirzadov, NTD-də Əkbər Məmmədov, “Abşeron”da İsmayıl Abdullayev və Namiq Hüseynlinin əla mövsüm keçirirlər. “Sumqayıt”da Sadettin Donat, “Neftçi”də Kamran Məmmədov, “Naxçıvan”da Nəzər Quliyev, “Lənkəran”da isə Rəşid Abbasovu fərqləndirmək olar. Həm rəqabətli, həm də basketbolçularımız üçün önəmli matçların şahidiyik. İnanıram ki, sonuna qədər belə davam edəcək.
- 2025-ci ildə Azərbaycan basketbolunda hansı yenilikləri gözləyək?
- Liqanı uğurlu tamamlamaq istəyirik. Millilərimizin Avropa çempionatında çıxışları olacaq. Bundan başqa, gənclər liqası ilə bağlı fərqli format fikirləşirik. Bu da çox maraqlı olacaq. U-12 liqası ilə bağlı da yeniliklər planlaşdırırıq. Ümid edirəm ki, mayda 3x3 basketbol üzrə Bakıda təşkil olunacaq Dünya kubokunun təsnifat mərhələsində də mundiala vəsiqə qazanacağıq. Yeni ilin Azərbaycan basketbolu, idmanı və ölkəmiz üçün uğurlu bir il olmasını, hər kəs üçün uğurlu gəlməsini arzulayıram.

Emin Ağa
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri