Icma.az
close
up
RU
Turqay Zeytingöz: “Azərbaycan çempionatında ən yaxşı performans göstərən komanda “Şəki”dir” MÜSAHİBƏ İdman və Biz

Turqay Zeytingöz: “Azərbaycan çempionatında ən yaxşı performans göstərən komanda “Şəki”dir” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingözün İdman.biz-ə müsahibəsi

- Azərbaycan Basketbol Liqasında 12-ci tura start verilib. Arxada qalan 11 turu necə dəyərləndirərdiniz?

- Mövsüm başlayandan çempionatda çox keyfiyyətli matçlar izləyirik. Artıq on ikinci həftəyə gəlmişik. Bu dövrdə komandaların xallarının bir-birinə yaxın olduğunu görürük. Sonda pley-off olduğunu nəzərə alsaq, bu rəqabətin sona qədər davam edəcəyini düşünürəm. Məncə, sürpriz nəticə görə biləcəyimiz, maraqlı pley-off bizi gözləyir. Mövsümə pis başlayan komandalar oldu. Buna misal olaraq, NTD və "Sumqayıt"ın adını çəkə bilərik. Ancaq sonradan hər iki komanda heyətlərinə yeni oyunçular cəlb etdilər və son turları yaxşı keçirirlər. Bəzi komandaların heyətində isə ciddi dəyişikliklər oldu. Məsələn, “Neftçi” mövsümə çox pis başlamışdı. Mövsüm ərzində atdığı addımlar sayəsində komanda vəziyyəti öz xeyrinə dəyişə bildi. "Sabah" hazırda yaxşı vəziyyətdədir, ancaq onlar da bu müddətdə bəzi problemlər yaşadılar. Fikrimcə, mövsümün sonuna qədər onların daha yaxşı performansını görə biləcəyik.

- Sizcə, 11 turun ən yaxşısı hansı komanda oldu?

- İndiyə qədər ən yaxşı performans göstərən komanda “Şəki”dir. Ötənilki uğursuz nəticələrdən sonra bu il B qrupunda birinci sıradadır. Üstəlik, onlar çox dominant basketbol oynayırlar.

- Azərbaycan kubokunda püşkatmanı necə şərh edərdiz?

- Maraqlı püşkatma olduğunu deyə bilərəm. Bu gün turnir cədvəlinə baxanda yarımfinalda və finalda hansı komandaların qarşılaşacağına dair təxminlər demək mümkündür. Ancaq sürpriz nəticələr də ola bilər. Çünki komandalar bir dəfə üz-üzə gələcəklər. Burada yerli oyunçularımızın da performansı çox önəmlidir. Çünki kubok liqa kimi 4+1 yox, 3+2 formatında oynanılacaq və meydanda iki yerli oyunçu olacaq. Bildiyiniz kimi, bu il Azərbaycan kubokunda format dəyişikliyi də oldu. İndi fərqli və diqqətçəkən formata keçmişik. Bir oyuna əsasən cütün güclüsü bəlli olacaq. İlk mərhələdə A qrupunun ilk “üçlüy”ü, B qrupunu isə birinci yerdə bitirən komandalar 1/4 finala qatılmaq haqqı qazanacaq.

- Qadınlardan ibarət millimizlə bağlı hansısa yeniliklər varmı?

- Komanda çox gəncdir. Bu, fevralda Avropa çempionatının seçmə mərhələsində oynayacağımız matçlarda özünü daha çox göstərəcək. Ötən il uğurlu nəticələrə imza atan U-16, U-18-dən gələn basketbolçular millini formalaşdıracaqlar. Təəssüflər olsun ki, bu mərhələdə heç şansımız yoxdur. Ancaq son iki matçı gənclərlə oynayıb, onlara şans vermək istəyirik. Rəqiblərimiz çox güclüdür. Həm Belçika, həm də Polşa milliləri Avropa basketbolunda söz sahibidirlər. Ancaq mən bu matçlarda yaxşı oynayacağımızı, Azərbaycanı uğurla təmsil edəcəyimizi düşünürəm. Təbii ki, oyunçuların yaşından dolayı zamana ehtiyac olduğunu da unutmamalıyıq.

- Son turun oyunlarından sonra hakim idarəçiliyi ilə bağlı etirazlar oldu. Bu mövzuda sizin mövqeyinizi bilmək maraqlıdır.

- Dünyanın hər yerində basketbol qarşılaşmalarını idarə edən hakimlərdən narazılıq ola bilər. Nəticə etibarilə hakimlik çətin işdir, məğlub olan tərəf haqsızlıqla rastlaşdığını düşünə bilər. Ancaq biz obyektiv dəyərləndirmə aparırıq. Matçları hakimlərlə bərabər təkrar izləyib, bir yanlış varsa, düzəltməyə çalışırıq. Əminliklə deyə bilərəm ki, bu günə qədər Azərbaycan Basketbol Liqasında bir-iki matç istisna olmaqla ciddi hakim səhvləri görmürük. Ümumilikdə, çempionatda hakim idarəçiliyindən razıyam. Hazırda gənc referilərin hazırlığı istiqamətində işlər görürük. Eyni zamanda, ölkədə çox təcrübəli hakimlərimiz var. Bu baxımdan şanslıyıq.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Yanvar 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri