Icma.az
close
up
RU
Tutqunçay hövzəsinin dumanlı çənli tarixi yurdları...

Tutqunçay hövzəsinin dumanlı çənli tarixi yurdları...

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ yaylasının Dəlidağ zirvəsi (3616 m) boyunca uzanan Mıxtökən silsiləsinin şimal-şərqə ayrılan Ağqaya (3092 m) qurşağının 2000-2200 m hündürlüklü ətəklərində, quzeyə uzanan Sarıbulaq dağ sırasının Qaraqaya yamaclarından qopan Sağ Barıtlısu, Babayurd yaylaqlarından axan Sol Barıtlısu çayları Sarımsağlı dağının (2629 m) ətəklərində, Əyridağın qurtaracağında birləşərək Barıtlısu çayı kimi Başlıbel kəndinin ortasından axır.

Sarıbulaq qurşağının Qaraqaya qolunun bulaq sularından yaranan Sağ Başlıbel, Taxtayurd yaylaqlarından çağlayan Sol Başlıbel çayları da kəndin şimal-qərbində Daşbulaq yüksəkliyi yaxınlığında birləşərək kənddə Barıtlısu çayına qovuşur (30-40 km məsafə qət etməklə), əvvəlcə Qaraxançay adlanır, Türküsevən kəndində Qazıxan çayla qaynayıb-qarışıraq Tutqunçay adı ilə Tərtər çayının sağ qolunu təşkil edir.

Bu hövzədə həm də qədim yurdlardan Çovdar, Şahkərəm, Xallanlı, Alırzalar, Qaraxançallı...kəndləri yerləşir...və morfo-etno “soyları”/toponimlərinin ruhunda Türk-Müsəlman dünyadərkinin fəlsəfəsi və ailə-dil birliyinin coğrafi məna yükü minilliklərlə qorunub saxlanılmaqdadır (Daşkəsən rayonunda da Çovdar, Şahkərəm, eləcə də, Alıxançallı (mühasirədən qurtulan bir neçə ailə qarlı dağ yollarını keçərək bu kəndə yetişə bilmişlər)  kəndləri var). 

Əsrarəngiz dağ-meşə landşaftı, güllü-çiçəkli yaylaq örtüyünə qovuşan və eyni təbiət incilərindən-ağ örpəkli, sis damcılarla yer üzünə sərilən duman qatları, dağ yamacları, meşə talaları, gursulu çay qollarıyla (Qaraxançay, Dərindərə çayı, Dəlidağsu çayı, Binəninsuyu çayı, Yusifliyalsulu....) kəsişən, əriş-arğac çoxsaylı yurdlardan biri də Başlıbel kəndidir, Dəlidağa yaxın binələri közərməkdə, su qarışıq od püskürən, mistik-sakral dəyərli Zülfüqarlı-İstisu ocağınmdan 15-20 km məsafədə uyumaqdadır, zəngin tarixi keçmişini və faciəvi günlərini yaşamaqla/yaşatmaqla....

  Laləli yaylağının bulaqları, çay yataqlarının torpaqları, meşə örtüyünün yaşıl səltənəti...Başlıbel kəndinin təbii yaraşığıdır. Çay yatağının güney ətrafları tala-tala əkin yerləri-köbərlərlə (eni 20-40 m, uzunluğu 400-500 m) parçalanmışdı, el arasında “Taxtalar” (Göllər yeri, Yarğanın boynu, Hacı Abbasın yeri, Çala biçənəyi, Şahbazın biçənəyi...) deyilirdi. Münbit olduğu üçün əvvəllər bu yerlərdə yazlıq buğda əkilirdisə, 1970-ci ildən sonra yalnız təsərrüfatın (Xanlar adına kolxoz) tütün əkini altında istifadə olunmuşdur.

  Haşiyə. Şahkərəm, Çovdar, Xallanlı və Başlıbel kəndlərini birləşdirən Xanlar adına kolxozun 1000 baş sağmal iri buynuzlu, 7000-8000 baş xırda buynuzlu davarı olub, Salyan rayonu ərazisində (Şirvan Dövlət Qoruğuna bitişik) qış otlaq sahələri var idi. Hər ailənin fərdi/şəxsi təsərrüfatında 50-60 baş xırda, 5-10 baş iribuynuzlu heyvan saxlanılırdı. Ailələrdə, tərəkəmə ocaqlarının milli-tarixi ənənələri qorunub saxlanılır, o cümlədən, xalçaçılıq sənəti inkişaf etdirilir, hər evdə ildə 3-4 xalça-gəbə toxunurdu.

  Dəlidağın dumanlı-çiskinli yükündən su içdiyindən yaranan irili-xırdalı çayları dəlisov-selli-daşqınlıdır, dar yatağlarına sığmayanda aşıb-daşır, məcralarına sığmırlar. 1981-1982-ci illərdə İstisu yatağından axaraq Tərtər çayına tökülən Bağırsaqdərə və Bağırsaqçay çayları daşmış, ətraf yaylaq binələri kürümüş, 20-25 nəfərin həyatına son qoymuşdur. Eyni ilə bu hövzənin də coxsaylı çay qolları birləşərək (Təkyurdsuyu çayı, Birəlisu (Qaraxançallısu) çayı, Xallantısu çayı...) dağ yamaclarında-Ağqayayada, Nehrəağzında, Haçaqayada, Mustafa tirəsində... sellər-daşqınlara səbəb olur.

  Ağdərə-Kəlbəcərə yolundan ayrılan, Tutqunçay yatağı boyunca yüksək dağ qurşağına-Mıxtökən silsiləsinə doğru uzanan yol sonda Başlıbel kəndindən keçir və silsiləni dələrək dağbağrı yollarla  Laçın rayonunun Qorçu kəndinə çatır. 1993-cü ildə“erməni” terrorçu-quldur dəstələri Tutqunçayının mənsəbi və Comərdli kəndi yaxınlığındakı qayaların içindən keçən, keçən əsrin 60-cı illərində tikilən  yolu/tuneli (uzunluğu 200 m-ə çatan, eni 4-5 m, hündürlüyü 6 m) partlatmaqla bir çox kəndləri və on minlərlə əhalini mühasirədə saxlamışlar. Başlıbel  kəndinin 2000 nəfər əhalisinin 73 nəfər dinc sakini uzun müddət kənddən 10 km aralıda,”Şırlan kahası”nda mühasirədə qalmış (gələrkən yolda 9 nəfər öldürülüb), nəticədə 18 apreldə düşmən hücumu ilə 14 nəfər girov götürülmüş, 18 nəfər (sıralarında Milli Ordunun  iki əsgəri də olmuşdur, bir nəfər isə 1941-1945-ci illər müharibəsinin iştirakçısı, 93 yaşlı Ələsgər Kazımov idi) isə amansızlıqla qətlə yetirilmişlər.

  Dini-iman ocaqlarının nəslindən Abbas Seyid Hüseyn oğlu (1926-1993) öz həyətində qətlə yetirilib, Əhməd Mir Fəttah oğlu (1936-1993) isə  itkin düşmüşdür.

  Başlıbel kəndinin tarixi səhifəsində  Laçın nahiyəsinin tərəkəmə elatının, Böyük Seyidlər kəndinin 7 ailəsinin (xəlfə Seyid Alı, Kərbəlayı MirYusif,  Seyid Abbas, Seyid Hüseyn, Seyid Əsəd...nəslindən olanlar) xüsusi yeri var. Kənd qəbirstanlığında “Seyidlər uyarlığı” deyilən hissəsində məzarları var ki, yaşı 350-400 ilə yaxındır (bu kəndlər arasında məsafə 100 km-ə çatır, dağ yolu ilə 60-70 km olar), əski daş ilmələrlə və hərflərlə “Qurani-Şərif” ayələrilə hüsnü naxışlanmış qəbir daşları qiymətli tarixi-memarlıq nümunələridir.

  XVIII əsrin II yarısında Seyid Hüseyn və Seyid Məhəmməd tərəfindən Başlıbel kəndində tikdirilən üç gözdən ibarət ilk məscid ibadətgah olub

  1918-ci ildə kəndin ağsaqqalı Hacı Mir Fəttah Gorus şəhəri istiqamətdən hücum edən hay-daşnak qulduru A.Ozanyana qarşı el müqavimətinin təşkilində köməklik üçün dəstəsi ilə Laçın nahiyəsinin Hacısamlı kəndinə-Sultan bəyin görüşünə gedib, yardımını təklif edib. Seyid Mir Fəttahın böyük təsərrüfatı olub, kəndin güneyində, 5-6 km yuxarıda “Hacı Salah zağası”nda bir neçə yüz baş davar saxlayırmış. Seyid nəslindən olan Hacının 1920-1930-cu illərdə mal-mülkü bir neçə dəfə müsadirə edilmişdir. Əlavə, Seyid Nəbi kahası, Seyid Mehdi kahası, “Şirvan kahası”...da dağın dibində daşdan tikilən sığınacaqlar idi, 500-600 baş davar tuturdu.

  Başlıbel kəndinin əsasını qoyan 7 Seyid qardaşın biri Seyid Əsəd soyundan olan Hacı Salah də (1854-1932) dini-irfani hörmət sahibi olub. Bu nəsildən olan Seyid Əzimin ocağı isə el ziyarətgahı idi.

  Xorasan şəhərində ali dini təhsil almış Molla Məhəmməd Mirzə oğlu (1887-1976) bölgənin tanınan ağsaqqalı və ruhanisi olub, zəngin kitabxanası var idi. 1993-cü ilin hay-daşnak işğalında həmin qiymətli xəzinə quldurları tərəfindən məhv edilmişdir. Dağıdılmış tarixi-maddi abidələr sırasında 450-500 illik yaşı olan kənd qəbirstanlığındakı daş naxışlarla ilmələnmiş, müxtəlif inanc təsvirli qəbirüstü sənduqə və baş daşları da olmuşdur.

  Başlıbel kəndinin dini-irfani kəsimi içərisində Xorasan şəhərində dini təhsil alanların (3 nəfər) adları çəkilirdi-Molla Məhəmməd Mirzə oğlu dostu Seyid Mir Fəttah Hacı Salah oğlu (1871-1956) rəhmətə gedəndə 40 gün evində qalıb,“Qurani-Şərifi” oxuyub xətm etmişdir. Onun haqqında Şərabani Balakişi qızı (1898-1977), öz qızı Savad Mir Fəttah qızı (1936-2021) xeyli dəyərli bilgilər vermişdir.

   Qarabağ Universitetinin dekanı Hüseyn Mirzə Molla Məhəmməd nəslindəndir....

  Barıtlısu çayının kənd ərazisindən keçən hissəsində çoxlu su dəyirmanları olub, hayların işğalına kimi qalırdı-Seyid Yəhya dəyirmanı, Məşədi Tağı dəyirmanı, Qoşa dəyirman, Nəbi dəyirmanı, Kərbəlayı İsanın dəyirmanı, “Qoşa dəyirman” (məscidin yaxınlığında idi), Məşədi Əzimin dəyirmanı...

“Qoşa dəyirman”ın yanında haylar qoz ağacından xaç düzəldib (1,5-2 m boyda) basdırıblar işğal dövründə….

  Kəndin ətrafındakı güllü-çiçəkli, bərəkətli otlaq-örüş yerlərinin doğma-kökənli adları, hərəsinin hikmətli anlamı/mənası vardı-Güzdəkli yal, Aralıq çınqılın dibi, Əyri yurd, Yelli gədik, Qalaxlı, Əmrahın çalası, Hacı Abbas yeri, Dərə yurd, Ağ qaya, Dəlikdaş, Qaranın yurdu, Taxta yurd, İsrəfillər yer, Böyükdüz, Ağcaqız..

  Ağa bulağı ilə bağlı el yaddaşının xatirələri yaddaşlarda qalmışdı....

  Kəndin güneyindəki düzdə-Kövədə (eni 20-30 m, uzunluğu 100 m-ə çatan) yazlıq buğda əkilirdi, payızda qayıdan sürünü orda otarırdılar...

  1964-cü ilə qədər 8-illik məktəb olub, Azərbaycan Dövlət Pedaqoji ali məktəbinin məzunu və müəllimi, filologiya elmləri namizədi məktəbə direktor təyin edilən (sonralar rayonda çıxan “Yenilikçi” qəzetinin redaktoru olub) Əli Mirzəyevin təşəbbüsü ilə Başlıbel kəndində orta məktəb həmin ildən sonra açıldı, təşəbbüskar özü və kənd əhalisini də işə cəlb etməklə sinif otaqlarının tikintisində iştirak etmişdir. Məktəbi bitirənlərin çoxu həkim, hüquqşünas, müəllim, mühəndis...kimi bütün sahələrdə çalışmışlar.

  1993-2020-ci illərdə bu kəndin əhli-qövmü əsasən Bərdə rayonu, Əliyanlı kəndində, Gəncə şəhərində, eləcə də, Göranböy və İsmayıllı rayonlarının Qızılhacılı, Qalacıq kəndlərində, Zaqatala, Qax, Xızı, Quba Göygöl.... rayonlarında  (ümumilikdə, 28 rayonda) məskunlaşmışlar....

  (Yazının hazırlanmasında həm də Kəlbəcər rayonu, Başlıbel kənd sakinləri, Seyid Əsəd nəslindən olan Heydər Sadıq oğlu Salahovun (1951) və Məhərrəm Xəlil oğlu Hüseynovun (1962) məlumatlarından istifadə olunub).

Qismət YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri