Icma.az
close
up
RU
Tyanjin sammitində Azərbaycanın iştirakı həm bizim, həm də ŞƏT in geosiyasi və geoiqtisadi maraqları çərçivəsindədir

Tyanjin sammitində Azərbaycanın iştirakı həm bizim, həm də ŞƏT in geosiyasi və geoiqtisadi maraqları çərçivəsindədir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Şanxay Əməkdaşlıq Təşkilatının tarixinə ən böyük sammit kimi düşəcək Tyanjin zirvəsi bu gün işinə başlayır. Üzv dövlətlərin liderləri ilə yanaşı BMT-nin Baş katibi, bir sıra beynəlxalq təşkilatlar və ÇİN-in siyasi və iqtisadi tərəfdaşları da sammitin işinə qatılacaq. Artıq Azərbaycan Prezidenti də Tyanjin sammitində iştirak etmək üçün ÇİN-dədir.
Sammitin Tyanjində keçirilməsi təsadüfi deyil. Bu, mərkəz tabeli 4 şəhərdən biri və ölkənin əsas liman infrastrukturuna, idxal və ixracda xüsusi paya malik nöqtədir. Bu ilki sammitdə təhlükəsizlik, regional sülh, iqtisadi əməkdaşlıq, rəqəmsal idarəetmə və dayanıqlı inkişaf mövzuları geniş müzakirə ediləcək. Zirvə görüşünün yekununda Tyanjin Bəyannaməsi-nin qəbul edilməsi gözlənilir.
Azərbaycan Prezidentinin dünyanın 1 nömrəli siyasi paytaxtına səfərindən sonra böyük iqtisadi güc olan ÇİN-ə gəlməsi bir daha onu göstərir ki, Azərbaycan xarici siyasətində Şərq–Qərb, Şimal–Cənub arasında seçim etmir. Rəsmi Bakı siyasi və iqtisadi maraqlarını əsas götürərək bütün siyasi və iqtisadi mərkəzlərlə eyni səviyyəli əməkdaşlığın qurulmasında maraqlıdır və bunu praktik olaraq reallaşdırmaqdadır.
Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi nailiyyət əslində ŞƏT-in lokomotivi olan ÇİN-in və digər üzvlərin də iqtisadi maraqlarına cavab verməkdədir. Xüsusilə Zəngəzur koridorunun açılması Şərqlə–Qərb (Aİ–ŞƏT) arasında ticarətə əlavə dinamika gətirəcək. Eyni zamanda Vaşinqton razılaşması ŞƏT üzvlərinin birgə mübarizə elan etdikləri separatizm, ekstremizm və terrorizm kimi bəlalarla mübarizə prinsiplərinə uyğundur. Ona görə də Azərbaycan Prezidenti ŞƏT sammitinə bu 3 bəla ilə mübarizədə uğur əldə etmiş lider kimi qatılır.
Böyük ehtimalla Azərbaycanın həm bu 3 bəla ilə mübarizə sahəsində əldə etdiyi uğur, həm də ŞƏT-in Avropa ilə inteqrasiya vizyonunu nəzərə alaraq Tyanjin sammitində Azərbaycan üzvlüyə dəvət edilə bilər. Bu baş verərsə, ŞƏT-in Avropa sərhədləri genişlənəcək.
Prezident İlham Əliyevin Çin səfərində xüsusi diqqət mərkəzində olacaq məqamlardan biri də ikitərəfli görüşlərdir. Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmadan sonra Qafqaz regionunda formalaşan yeni iqtisadi faydadan Hindistan da divident əldə etməyə çalışacaq. Böyük ehtimalla Hindistan tərəfi Azərbaycanla münasibətlərində yeniləmə etməyə, əməkdaşlıq üçün yeni imkanlar əldə etmək üçün Tyanjində Azərbaycan tərəfi ilə təmaslara səy göstərəcək.
ŞƏT sammitində kameralar xüsusi olaraq Rusiya və Azərbaycan prezidentlərini fokusda saxlamağa çalışacaqlar. Böyük ehtimalla Rusiya Prezidenti Tyanjin platformasından istifadə edərək Prezident İlham Əliyevlə son aylar iki ölkə arasında yaranan gərginliyi az da olsa azaltmaq üçün təmas edəcək.
İstənilən halda ŞƏT sammiti Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına cavab verən strateji tədbirdir. Xüsusilə ŞƏT üzvü ölkələrin (ÇİN, Pakistan, Hindistan) bazarları bizim qeyri-neft ixracımız üçün strateji əhəmiyyət kəsb edir.
Bir sözlə, Tyanjin sammitində Azərbaycanın iştirakı həm bizim, həm də ŞƏT-in geosiyasi və geoiqtisadi maraqları çərçivəsindədir.
Aqil Məmmədov, siyasi şərhçi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Avqust 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri