Icma.az
close
up
RU
Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır

Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanın enerji siyasətində Suriya istiqamətinə qaz ixracının başlanması strateji baxımdan bir neçə mühüm üstünlük qazandırır. Bu addım, ilk növbədə, Azərbaycanın qaz ixrac coğrafiyasının şaxələndirilməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər əsas fokus Avropa bazarlarına yönəlmişdisə, indi Azərbaycan eyni zamanda Yaxın Şərq kimi mürəkkəb, lakin enerji baxımından perspektivli bazara daxil olur. Bu, Azərbaycanın “enerji diplomatiyası”nda yeni mərhələyə keçdiyini göstərir: "Bununla yanaşı, Suriya ilə əməkdaşlıq Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi çəkisini artırır. Azərbaycanın hazırda 12 ölkəyə qaz ixrac etdiyini nəzərə alsaq, Suriya bu siyahıya əlavə olunmaqla yeni regional enerji körpüsünün formalaşmasına təkan verəcək. Suriya təkcə son istehlakçı deyil, həm də gələcəkdə tranzit ölkəyə çevrilə bilər. Belə ki, Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası Azərbaycanın qazının Suriyadan keçməklə Misir və digər Şimali Afrika ölkələrinə çatdırılması perspektivini ortaya qoyur. Bundan başqa, Azərbaycanın bu bölgəyə qaz ixrac etməsi, ölkənin enerji sektoruna yeni sərmayələrin gəlməsinə səbəb ola bilər. Əgər Suriyadakı vəziyyət sabitləşərsə, Azərbaycanın burada enerji infrastrukturlarının qurulmasında iştirak etməsi mümkündür. Bu isə Azərbaycanın regional enerji təhlükəsizliyinə və sabitliyinə töhfə vermək imkanlarını artırır.

Azərbaycanla Suriya arasında bu enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də siyasi mesaj daşıyır: Azərbaycan münaqişədən çıxmış ölkələrin bərpasında rol almağa hazırdır və öz resurslarını bu məqsədlə səfərbər edə bilər. Beləliklə, qaz ixracı bir vasitə olaraq, Azərbaycanın beynəlxalq nüfuzunun və yumşaq gücünün daha da gücləndirilməsinə xidmət edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri