Icma.az
close
up
RU
Ubeyd mədəniyyətinin izlərindən bəhs edən kitab

Ubeyd mədəniyyətinin izlərindən bəhs edən kitab

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Qırğızıstan-Türkiyə Manas Universitetinin professoru Nezahat Ceylan, AMEA Naxçıvan Bölməsinin gənc arxeoloqları Elmar Baxşəliyev, Heyran Həsənova və Zinyət Məmmədovanın həmmüəllifliyi ilə “Bülövqayada Ubeyd mədəniyyətinin izləri (Naxçıvan, Azərbaycan)” adlı kitab işıq üzü görüb. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətinin məlumatına görə, kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında nəşr olunub. Əsərin elmi redaktoru AMEA-nın həqiqi üzvü, professor İsmayıl Hacıyev, rəyçiləri tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.

Kitab Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində 2024-cü ildə aparılmış arxeoloji qazıntıların nəticəsindən bəhs edir. Belə ki, əsərdə qazıntı zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Yaxın Şərq və Cənubi Qafqazın digər Eneolit dövrü abidələrinin tapıntıları ilə müqayisəli şəkildə araşdırılmışdır.

Kitab əsasən “Giriş”, 11 başlıq və “Nəticə”dən ibarətdir. Əsərin girişində Cənubi Qafqazın bəzi qədim abidələrinin Mesopotamiya mədəniyyətləri ilə bağlılığı məsələsinin elmin gündəminə gəlməsindən, mövzu ilə əlaqədar günümüzədək aparılan araşdırmalardan bəhs olunur.

“Bülövqaya yaşayış yerində arxeoloji qazıntılar”, “Tikinti qalıqları”, “Əmək alətləri” və “Obsidian və çaxmaqdaşı alətlər” adlanan başlıqlarda Bülövqaya arxeoloji ekspedisiyasının apardığı araşdırma, abidə ərazisindəki tikili qalıqlarının strukturu, tikinti texnologiyası, tikililərin istifadə məqsədi, yaşayış yerində tapılmış əmək alətlərinin mahiyyəti, həmçinin istifadə olunan obsidianın mənşəyi barədə məlumatlar yer alır.

Keramika məmulatları barədə məlumatlarda 2024-cü ilin qazıntıları zamanı yaşayış yerində 8507 keramika nümunəsinin aşkar edildiyi qeyd olunur. Həmin keramika məmulatları dörd qrupda təhlil edilir, onların mədəni mənsubiyyəti və xronologiyasının səciyyəvi xüsusiyyətləri qeyd olunur.

Kitabın Naxçıvan və Urmiya hövzəsi abidələrinin xüsusiyyətlərindən bəhs edən hissəsində əldə olunan yeni elmi materiallar ümumiləşdirilir.

Tədqiqatçıları gəldiyi nəticə ondan ibarətdir ki, Bülövqayada məskunlaşmış qədim tayfalar köçmə maldarlıqla məşğul olmuş, Naxçıvan bölgəsi e.ə.V minillikdə Mesopotamiya  ilə iqtisadi-mədəni əlaqələri genişləndirmişdir. Qeyd olunur ki, abidədən aşkarlanan keramika nümunələri Ubeyd mədəniyyətinin izlərini daşımaqla bərabər, bölgəyə köç edən Ubeyd tayfalarının zamanla yerli əhali ilə qaynayıb-qarışdığını göstərir. Bu baxımdan Bülövqaya keramikası Ubeyd mədəniyyətinin yerli variantlarından biri kimi səciyyələndirilə bilər.

Yaşayış yerinin ümumi görünüşü, topoqrafik planı, qazıntı zamanı aşkarlanan arxeoloji tapıntıların fotoşəkilləri və təsvirləri, habelə Naxçıvanın Erkən və Orta Eneolit dövrü yaşayış yerlərindən alınan karbon nümunələrin analizinin nəticələri kitabın sonuna əlavə edilmişdir.

Kitab Azərbaycan, ingilis və rus dillərində olmaqla 3 dildə hazırlanıb. Bu isə Naxçıvan arxeologiyası ilə bağlı əldə olunmuş elmi yeniliklərin daha geniş ictimaiyyətə çatdırılması və təbliği məqsədi daşıyır. Əsərin ərsəyə gəlməsində 60-a yaxın elmi mənbədən istifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri