Icma.az
close
up
RU
Ubeyd mədəniyyətinin izləri aşkarlanıb

Ubeyd mədəniyyətinin izləri aşkarlanıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində “Bülövqayada Ubeyd mədəniyyətinin izləri (Naxçıvan, Azərbaycan)” adlı kitab işıq üzü görüb.

Yeni elmi nəşri həmmüəllifləri Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, professor Vəli Baxşəliyev, gənc arxeoloqlar Elmar Baxşəliyev, Heyran Həsənova, Zinyət Məmmədova və Qırğızıstan–Türkiyə Manas Universitetinin professoru Nezahat Ceylandır. Əsərin elmi redaktoru akademik İsmayıl Hacıyev, professor Abbas Seyidov və fəlsəfə doktoru Bəhlul İbrahimlidir.

Kitab Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində 2024-cü ildə aparılmış arxeoloji qazıntıların nəticəsindən bəhs edir. Belə ki, əsərdə qazıntı zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Yaxın Şərq və Cənubi Qafqazın digər Eneolit dövrü abidələrinin tapıntıları ilə müqayisəli şəkildə araşdırılmışdır.

Əsərin girişində Cənubi Qafqazın bəzi qədim abidələrinin Mesopotomiya mədəniyyətləri ilə bağlılığı məsələsinin elmin gündəminə gəlməsindən, mövzu ilə əlaqədar günümüzədək aparılan araşdırmalardan bəhs olunur. “Bülövqaya yaşayış yerində arxeoloji qazıntılar”, “Tikinti qalıqları”, “Əmək alətləri” və “Obsidian və çaxmaqdaşı alətlər” adlı bölmələrdə Bülövqaya arxeoloji ekspedisiyasının apardığı araşdırma, abidə ərazisindəki tikili qalıqlarının strukturu, tikinti texnologiyası, tikililərin istifadə məqsədi, yaşayış yerində tapılmış əmək alətlərinin mahiyyəti, həmçinin istifadə olunan obsidianın mənşəyi barədə məlumatlar yer alır.

Tədqiqatçıların gəldiyi nəticəyə görə, Bülövqayada məskunlaşmış qədim tayfalar köçmə maldarlıqla məşğul olmuş, Naxçıvan bölgəsi e.ə.V minillikdə Mesopotomiya ilə iqtisadi-mədəni əlaqələri genişləndirmişdir. Qeyd olunur ki, abidədən aşkarlanan keramika nümunələri Ubeyd mədəniyyətinin izlərini daşımaqla bərabər, bölgəyə köç edən Ubeyd tayfalarının zamanla yerli əhali ilə qaynayıb-qarışdığını göstərir. Bu baxımdan Bülövqaya keramikası Ubeyd mədəniyyətinin yerli variantlarından biri kimi səciyyələndirilə bilər.

Kitab Azərbaycan, ingilis və rus dillərində olmaqla 3 dildə hazırlanıb. Bu isə Naxçıvan arxeologiyası ilə bağlı əldə olunmuş elmi yeniliklərin daha geniş ictimaiyyətə çatdırılması və təbliği məqsədi daşıyır. Əsərin ərsəyə gəlməsində 60-a yaxın elmi mənbədən istifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri