Üç alim alarsında dava Professor ittihamları darmadağın etdi
Icma.az, Bakupost-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Üç alim alarsında dava Professor ittihamları darmadağın etdi.
Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin İtaliyada nəşr etdirdiyi “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional üslublar” adlı kitaba qanunsuz olaraq İtalyan alim, semiotik, tərcüməşünas, professor Bruno Osimonu elmi redaktor kimi qeyd edilməsi ilə bağlı iddialar yayılıb. Bu iddia ilə italyanşünas alim Gunel Bayramova çıxış edib. Bildirib ki, italyan alimin kitabda tərçüməçi kimi göstrilməsi Azərbaycan adına böyük biabırçılıqdır.
Çox keçmədən iddialara professor Nadir Məmmədli geniş cavab yazıb, yayılan məlumatların şər-böhtan olduğunu bildirib, ona qarşı aparılan bu kampaniyanın kökündə nələrin dayandığını izah edib.
Həmin yazını olduğu kimi təqdim edirik:
İlk və son cavabım
Hörmətli həmkarlar, son günlər bəzi sosial şəbəkələrdə və saytlarda italyan dilinə tərcümə edilərək nəşr olunmuş kitabıma “piratlıq” edərək redaktor təyin etməyim barədə əsassız iddia və şayiələr yayılır. Onlara keçməzdən əvvəl, aydınlıq üçün qeyd edim ki, 2023-cü ildə İtaliyanın Roma şəhərində “Requisiti per la comunicazione aziendale e accademica e stili funzionali” adlı kitabım çap olunub. Həmin kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyun 2021-ci il tarixli F-366 saylı əmrinə əsasən ali məktəblərin bakalavriatura səviyyəsi üzrə bütün ixtisaslar üçün dərslik kimi təsdiq edilmiş “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional üslublar” adlanan kitabım əsasında hazırlanmışdır. Sözügedən dərslik isə 2021-ci ildə Bakıda cap olunmuşdur. (Çap edildikdən sonra hər il respublikamızın ali məktəblərinə, müəllim və tələbələrinə bu kitabın 1000 nüsxəsi təmənnasız olaraq paylanmışdır).
İtalyan dilinə tərcümə edilmiş kitabın nəşrində əsas məqsəd İtaliyada müvafiq universitetlərin Şərqşünaslıq fakültələrinin türk və Azərbaycan dillərinin tədris edildiyi bölmələrə hədiyyə etmək olmuşdur. Tərcümə kitabı yuxarıda sözügedən dərslik əsasında hazırlanmış, lakin onda cüzi dəyişiklik və ixtisarlar edilmiş, nümunə və misallar da M.Ə.Sabir, N.Rəfibəyli, N.Gün, S.Rəhimov, M.İbrahimov və b. əsərlərindən verilmişdir. Vəsaitdə dilimizinn hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməsi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dil normalarına, leksik və qrammatik qaydalara əməl edilməsi, məişət danışığından düzgün istifadə, əcnəbi söz və ifadələrin yersiz işlədilməməsi, bu sahənin tənzimləmə qaydaları və dil pozuntularının aradan qaldırılması məsələlələrindən bəhs olunur.
İtaliyada çap olunmuş kitabı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind- Avropa dilləri şöbəsinin elmi işçisi Bəturə Əliyeva və 2024-cü ilin sonuna qədər Nəzəri dilçilik şöbəsində 0.5 ştat əvəzçiliklə işləmiş Günel Bayramova tərcümə etmişlər. Kitaba bir italyan aliminin redaktor təyin olunması təşəbbüsü də Günel Bayramovadan gəlmiş, özünün “sevimli müəllimi”nin, yəni Bruno Osimo adlı italyan aliminin redaktor olmasını təklif etmişdir. Təbii ki, Bruno Osimonu şəxsən tanımıram. Şübhəsiz ki, Günel Bayramova redaktordan müsbət cavab gəldiyini bildirdikdən sonra kitab çapa göndərilmiş və 2023-cü ildə İtaliyada The Factory mətbəəsində cəmi 30 nüsxə nəşr edilmişdir. Kitablar Bakıya gətirilmiş, Günel Bayramovaya redaktora çatdırılmaq üçün verilmiş nüsxədən savayı nə paylanıb, nə də yenidən İtaliyaya göndərilib. Ortaya belə bir sual çıxır: il yarım-iki il əvvəl çap olunmuş və nüsxəsinin də redaktora çatdırılması üçün verilmiş kitab haqqında güya “piratlıq” edərək redaktor təyin etməyimlə bağlı əsassız iddia və şayiələr niyə 2025-ci ildə üzə çıxır. Bu sualın cavabı institutun bütün əməkdaşlarına, o cümlədən sözügedən əsassız iddiaları, şayiələri yaymaqda davam edən Günel Bayramovaya və havadarlarına gün kimi aydındır. İctimaiyyətə aydın olsun deyə həmin sualın cavabını açıqlamaq istəyirəm.
Günel Bayramova
2025-ci ilin əvvəlində AMEA Nəsimi adına Dilçilik İnstitutunda əvəzçiliklə işləyən bütün əməkdaşlara, əmək qanunvericiliyinə uyğun olaraq, 15 gün müddətində əsas iş yerlərindən əvəzçiliklə işləmələrinə razılıq verilməsi barədə arayış gətirmələri bildirilmiş və bu barədə institutun elanlar guşəsində məlumat verilmişdir. Həmin müddətdə razılıq məktubunu gətirməyən Günel Bayramovaya əlavə olaraq bir həftə də vaxt verilsə də, o, əsas iş yerindən əvəzçiliklə işləmək üçün icazəni təqdim etməmişdir. Nəticədə əvəzçiliklə işləmək haqqında birillik müddətə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə əmr imzalasam da, ehtiyac olarsa, müəyyən müddətdən sonra, qanunvericiliyə uyğun şəkildə, onunla yenidən müqavilə bağlana biləcəyini də Günel Bayramovaya bildirmişəm. Bundan bir həftə keçməmiş Facebook sosial şəbəkəsində və paralel.az, azadmedia.az kimi saytlarda italyan dilinə tərcümə etdirdiyim kitabıma “piratlıq edərək” redaktor təyin etməyim barədə əsassız iddialar və şayiələr yayılmağa başladı.
Bruno Osimo
Günel Bayramovanın (və havadarlarının) yazdığına görə, italyan alimi Bruno Osimo adını kitabda redaktor olaraq gördüyünə görə “şoka” düşmüşdür. Bildirirəm ki, əgər Bruno Osimo bundan xəbərsizdirsə, yazıldığı kimi, “belə bir hərəkəti “nanəciblik” kimi qiymətləndirib”sə, həmin “nanəcibliyi” Günel Bayramova etmişdir. Bruno Osimonun “təbirincə desək -“scorretto” -‘korlanmış’, ‘nadürüst’, “pirati”- ‘pirat’lıq məhz Günel Bayramovaya aiddir. Kitab çap üçün göndəriləndə Bruno Osimonun redaktor olmağa razı olduğunu da o bildirmişdir. Kitaba onun təşəbbüsü ilə redaktor yazılmış Bruno Osimonun – “sevimli müəllim”inin “kardioloji xəstəxanaya düşməsi”nə də ehtiyac yoxdur, çünki vəsaitin bütün nüsxələri Bakıdadır, nə paylanıb, nə də bir yerə göndərilib. Belə olan halda, İtaliyada niyə rüsvay oluruq, “İtaliya kimi qabaqcıl Avropa ölkəsinin alimlərinin yanında” Günel Bayramovanı (və havadarlarını) necə “dili qısa” etmişik. Əksinə, məsələdən xəbərdar olandan sonra, Günel Bayramovanın “korlanmış”lığını, “nadürüst”lüyünü, “pirati”liyini – “pirat”lığını, bir sözlə, “nanəcibliyi”ni düzəltmək məqsədilə Bruno Osimo ilə birbaşa əlaqə yaratmağa çalışmağımızı, xislətinizə uyğun olaraq, “alimi narahat etməyə başlayıb”, “Bruno Osimoya ünvanladığı gizli məktub üzə çıxıb”, “sövdələşmə cəhdi fiaskoya uğradı” kimi təqdim edirsiniz. Bəlkə düşünürsünüz ki, “sevimli müəllim”iniz Bruno Osimo Azərbaycandan onunla əlaqə yaratmaq hüququnu yalnız sizə (və havadarlarına) vermişdir.
Yazırsınız ki, kitabın nəşr olunduğu “The Factory” nəşriyyat deyil, “fayl çap edən çapxana”dır. Sizin bu fəndiniz peşəkar naşirlik fəaliyyəti ilə məşğul olmuş birinə işin əlifbasını öyrətmək cəhdi sayıla bilər. Bildirmək istəyirəm ki, kitabda mətbəənin ünvanı və ISBN nömrəsi göstərilmişdir. Bütün dünyada ISBN nömrəsi “fayl çap edənlər”ə (diletantlığınızın yoxsa, şivənsalma fəndinizin nəticəsi?!) yox, yalnız nəşriyyatlara təqdim edilir. Kitab qanuni şəkildə nəşr olunmuşdur. “Sevimli müəllim”iniz Bruno Osimo isə onu narahat edən məsələni – razılığı olmadan adının redaktor kimi kitaba yazılmasını Roma məhkəməsində nəşriyyata qarşı iddia qaldırmaqla çox asanlıqla həll edə bilər, əlbəttə, sevimli tələbəsi Günel Bayramovanın şahidliyi və ya iştirakı gərək ola bilər.
Tərcümə etdiyiniz kitabımı “məzmunsuz” adlandırırsınız. Sizin (və havadarınızın) kitabın məzmunu haqqında danışmağı “öz gözündə tiri görməyib,başqasının gözündə qıl axtarmağa” bənzəyir. Haqqında hədyan yazdığınız kitab Təhsil Nazirliyinin icazəsi əsasında ali məktəblərin bakalavriatura səviyyəsi üzrə bütün ixtisaslar üçün dərslik kimi təsdiq edilmişdir və 4 ildir ki, respublikanın ali məktəblərində tədris olunan yeganə dərslikdir. Bu faktın özü, təvazökarlıqdan kənar olsa da, dərslik müəllifinə çox böyük hörmət, nüfuz qazandırır. Siz və (və havadarınız) bunu görmürsünüzsə, səbəbini özünüzdə axtarın.

Kitabı “təmənnasız” tərcümə etdiyinizi həvəslə və ağızdolusu bəyan edirsiziniz. Aydındır ki, bu sizin fikriniz deyil, mirzəlik edənə məxsusdur. Axı mirzəlik edən haradan bilsin ki, siz tərcümə etdiyinizin haqqını almısınız. Digər tərcüməçi kimi, siz də çox yaxşı bilirsiniz ki, mənə aid hər bir işin qarşılığını ödəmişəm, çünki o sizin haqqınız olub. Belə məsələ haqqında heç vaxt danışmamışam, lakin indiki halda məni etdiyimi dilə gətirmək məcburiyyətində qoyursunuz. Bu səbəbdən Günel Bayramovaya ödənişi göndərdiyim tarixi və köçürülən hesab nömrəsini yazıram, bəlkə vicdanı oyana, hər şeyin üzərindən xətt çəkməyə:noyabr 2023-cü il; Beynəlxalq bank, hesab № 33881019442426991216.
Mətbəənin də “fayl çap edən” qurum olduğunu yazan Günel Bayramovaya və havadarına şirkətin istehsalat şəklini və dünyanın ən tanınmış bir müəssisəsi olaraq fəaliyyəti haqqında italyan və Azərbaycan dilində məlumatı təqdim edirəm.
L'AZIENDA The Factory è un’azienda che opera nel mercato dell’industria grafica.
ŞİRKƏT The Factory qrafika sənayesi bazarında fəaliyyət göstərən bir şirkətdir.
La nostra decennale esperienza nel settore editoriale e della grafica pubblicitaria e la nostra vocazione all’innovazione fanno della nostra azienda un partner a 360°, in grado di supportare il cliente in ogni fase del publishing e della stampa. Dalla pubblicità all’editoria, passando per le più comuni esigenze comunicative aziendali, offriamo soluzioni integrate che vanno dallo studio grafico creativo alla stampa, alla gestione e distribuzione degli stampati. Attenti alle trasformazioni del mercato e alle esigenze dei nostri clienti negli ultimi anni, forniamo servizi a valore aggiunto per tutte le fasi di progetto grafico e di post-produzione. Negli ultimi anni ci siamo specializzati nel print on demand creando piattaforme web to print dedicate, anche per bassissime tirature di stampa.
Vogliamo essere un’unica azienda di riferi-mento per editori, agenzie pubblicitarie, aziende pubbliche e private dove trovare unite professionalità, competenza e tecnologie di ultima generazione al fine di offrire al cliente un servizio accurato, veloce e a un prezzo competitivo.
All’interno della The Factory operano figure professionali altamente specializzate. I servizi di produzione, prestampa, stampa digitale piccolo e grande formato sono svolti dal reparto creativo in cui operano designer, grafici editoriali, impaginatori e dal reparto produzione costituito da producers, fotoritoccatori, cromisti; a questi si uniscono i reparti dove i progetti prendono forma: la stampa e l’allestimento. L’intero flusso produttivo è svolto internamente. La divisione web completa l’offerta garantendo progetto e sviluppo di servizi basati su tecnologie di ultima generazione.
Nəşriyyat və reklam qrafikası sektorunda onillik təcrübəmiz və innovasiyalara olan həvəsimiz şirkətimizi nəşriyyat və çapın hər bir mərhələsində müştəriyə dəstək verməyə qadir olan 360° tərəfdaşa çevirir. Reklamdan nəşriyyata qədər, ən ümumi korporativ kommunikasiya ehtiyacları vasitəsilə biz kreativ qrafik dizayndan tutmuş çap materiallarının çapına, idarə olunmasına və paylanmasına qədər inteqrasiya olunmuş həllər təklif edirik. Son illərdə bazarın dəyişikliklərinə və müştərilərimizin ehtiyaclarına diqqət yetirərək, biz qrafik dizayn və post-istehsalın bütün mərhələləri üçün əlavə dəyərli xidmətlər təqdim edirik. Son illərdə biz hətta çox kiçik çap nəşrləri üçün xüsusi veb-çap platformaları yaratmaqla tələb olunan çap üzrə ixtisaslaşmışıq.
Müştərilərə dəqiq, sürətli və rəqabətədavamlı qiymətli xidmət təklif etmək üçün peşəkarlığın, təcrübənin və ən son nəsil texnologiyaların birlikdə tapıldığı nəşriyyatlar, reklam agentlikləri, dövlət və özəl şirkətlər üçün vahid istinad şirkəti olmaq istəyirik.
Şirkətdə yüksək ixtisaslı mütəxəssislər çalışır. İstehsal, çapdan əvvəl, kiçik və böyük formatlı rəqəmsal çap xidmətləri dizaynerlərin, redaksiya qrafiki dizaynerlərinin, maket rəssamlarının işlədiyi yaradıcılıq şöbəsi və prodüserlərdən, fotoretuşlardan, koloristlərdən ibarət istehsal şöbəsi tərəfindən həyata keçirilir; bunlara layihələrin formalaşdığı şöbələr qoşulur: çap və quraşdırma. Bütün istehsal axını daxili olaraq hə-yata keçirilir. Veb bölmə ən son nəsil texnolo-giyalara əsaslanan xidmətlərin dizaynına və inkişafına zəmanət verməklə təklifi tamamlayır.
Müəlliminə, elmi rəhbərinə, özündən böyüklərə, özünə, ailəsinə yaxşılıq etmiş insanlara (!) xəyanət edən, xor baxan, mənasız intriqalardan xoşallanan, elmlə məşğul olacağı vaxtı dedi-qoduya sərf edən adamlardan bundan artıq heç nə gözləmək olmaz.
Bu mənim sizə yazdığım ilk və son cavabdır. Vaxtımı belə cavablara sərf etməyi özümə rəva bilmirəm, siz onsuz da bu işlərə alışmışınız.
Haşiyə: Yuxarıda haqqında bəhs etdiyim şayiələr sosial şəbəkə və saytlarda Günel Bayramovanın adından yayılsa da, onlarda, elə həmin şəbəkə və saytlarda tez-tez yazıları dərc edilən, AMEA və Dilçilik İnstitutu haqqında usanmadan hədyanlar yazmaqda davam edən İdris Abbasovun üslubu açıq-aşkar hiss olunur. Buna şübhə ilə yanaşanlar Facebook sosial şəbəkəsində Günel Bayramovanın profilində 2019-cu ilə qədər paylaşdığı statusları ilə həmin dövrdən sonrakıları məzmun, forma və üslub baxımından qarşılaşdırmaqla əmin ola bilərlər. Yayılmış şayiənin tirajlanmasında göstərilən canfəşanlıq, belə şivən-mərəkənin körüklənmə texnologiyasının özünəməxsusluğu da İdris Abbasovun üslubuna dəlalət edir. Günel Bayramovanın profilində 2019-cu ildən sonra paylaşılmış statuslarına “İdris Abbasovun üslubudur...”, “İdris Abbasovun yazı tərzini xatırladır..”, “...elə bildim İdris müəllimi oxuyuram, baxdım ki, Günel xanımdır...” kimi yazılmış şərhləri də görmək olur. Demək istədiyim odur ki, İdris Abbasov başqa birisinin adından istifadə etməkdənsə, mənim və Dilçilik İnstitutu haqqında indiyə qədər yazdığı əsassız yazılarda olduğu kimi, özünün adından da yaza bilərdi.
İdris Abbasov
Müraciət: Hörmətli İdris Abbasov, hər gün sosial şəbəkədə mənə olmazın iftiralar atır, gah mənimsəmədən, gah “quldurluğum”dan, gah “milyonçu olmağım”dan, gah da kimlərinsə himayəsinə sığındığımdan şövqlə yazırsınız (təbii ki, yazılarını oxumuram, mərhəmətli insanlardan təsadüfi halda “suç”larım haqqında eşidir və özü yazıb, özü oxuduğu, yalançı, mənasız şərhlərə, bu cızma-qaralara əhəmiyyət verməməyi tövsiyə edirlər).
İnstitut əməkdaşlarının kitablarını, 10 illərlə institutun arxivində qalmış və ya gizlədilmiş, hesabatlarda “yüksək səviyyədə təhvil verilmiş”, lakin çox vaxt mövcud olmayan əsərləri yenidən “diriltməyim”, əhəmiyyətli plan işlərini, dissertasiyaları elmi ictimaiyyətə tanıtmağım, Naxçıvan, Qarabağ, Zəngəzur dialektoloji atlaslarının, “Müasir Azərbaycan dili”nin akademik cildlərinin, (tərtibində həyat yoldaşınızın da iştirak etdiyi) türk mənşəli arxaik sözlər lüğətinin, Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin adlarının ingilis və rus dillərinə transliterasiyası ilə bağlı kitabların, əcnəbilər üçün “Salam Azərbaycan” (ingilis və rus dillərində) adlı vəsaitlərin, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” ensiklopedik lüğətin, Cənab Prezident İlham Əlyevin sərəncamları ilə tarixi şəxsiyyətlər və günlərlə bağlı keçirilən konfrans materiallarının və s. nəşri – bu əvəzolunmaz kitab sevincini institut əməkdaşlarına yaşatmağım sizi niyə narahat edir? (Mühasibatlıq, kitabların hansı ünvanlara göndərilməsi, təhvil-təslim aktları hamının üzünə açıqdır). Bütün sadaladıqlarıma, təşəbbüsümü dəstəklədiyinə görə yeniliyə meyilli olan AMEA rəhbərliyinə təşəkkürümü bildirirəm.
Ailəlikcə bu istiqamətdə çalışmışam. Rəhmətlik həyat yoldaşıma, övladlarıma Həcc ziyarəti nəsib olub. (Belə şəkildə haqq yolu ilə yürümüşük). Zəhmətimlə dolanıb, ev sahibi olmuşam, işləyib, zəhmət çəkib ailə büdcəmi artırmağa çalışmışam, heç vaxt əl açıb ev bağışlanılmasına imza toplamamışam.
İctimaiyyəti çaşdırmaq istədiyin naşirliyimlə də fəxr edirəm, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, M.T.Sidqi, Orucov qardaşlarının yolunun davamçısı olmuşam, yüzlərlə elm adamına təmənnasız kömək etmişəm. Unutma ki, 1985-ci ildən 1992-ci ilədək Dilçilik İnstitutunda, 30 il Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, dosent, professor işləmişəm, praktik dərslər aparmışam, elmi əsərlərimə görə iki dəfə Təhsil Nazirliyinin mükafatçısı, 1995-ci ildə isə nazirliyin təsis etdiyi humanitar sahə üzrə Gənc alim müsabiqəsinin laureatı, gənc elmlər doktoru, Ə.Orucov kimi nəhəng dilçi alimin cəmi iki aspirantından biri olmuşam. Sizə isə qaranlıq keçmişinizi xatırlamağı tövsiyə edirəm.
Deyirlər, “Qurani-Kərim”i ərəbcədən oxuya bilirsiniz, tərcüməsiz Allah kəlamlarına vaqifsiniz: “10. Onların urəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! 11. Onlara: “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin! - dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, - deyə cavab verirlər. 12. Bilin ki, onlar fəsad torədəndirlər, lakin (bunu) dərk etmirlər” (Bəqərə surəsinin ayələri. 13-cü ayədən özünüz nəticə çıxarın). Yəqin bu ifadələr sizə tanış gəlir.
“Tövbə” surəsini bir də oxuyun...

Hörmətlə: Nadir Məmmədli
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru
filologiya elmləri doktoru, professor
