Icma.az
close
up
RU
Böyük Britaniya qeyri qanuni miqrasiyanı dəstəkləyən Balkan şəbəkələrini hədəfə alıb

Böyük Britaniya qeyri qanuni miqrasiyanı dəstəkləyən Balkan şəbəkələrini hədəfə alıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 23 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti La-Manş vasitəsilə qeyri-qanuni miqrant keçidlərinə yardım edən Balkan mənşəli cinayətkar qruplara və onların maliyyə dəstəkçilərinə qarşı sanksiyalar tətbiq edib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu, Baş nazir Kir Starmer hökumətinin yeni sanksiya səlahiyyətləri çərçivəsində atdığı son addımdır. Sanksiyalar barədə məlumat Starmerin Qərbi Balkan ölkələrinin liderlərini Londonda qəbul etdiyi sammit zamanı elan olunub.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, tətbiq edilən aktivlərin dondurulması və səyahət qadağaları Böyük Britaniyaya qeyri-qanuni miqrasiyada iştirak edən Balkan cinayətkarlarını və insan qaçaqmalçılığı şəbəkələrinə maliyyə dəstəyi göstərən beynəlxalq fiqurları hədəfə alır.

Kir Starmer 2024-cü ilin iyulunda hakimiyyətə gələrkən son onillikdə artan kiçik qayıqla miqrasiya hallarına görə məsul olan qrupları tamamilə məhv edəcəyinə söz vermişdi. Lakin miqrant axınını dayandırmaq çətin olaraq qalır. 2024-cü ildə 36 min 816 nəfər qeyri-qanuni miqrant La-Manş vasitəsilə Britaniyaya keçib və bu ilki göstəricinin həmin rəqəmi artıq keçdiyi bildirilir.

Son illərdə bu təhlükəli səfərlər zamanı onlarla miqrant həyatını itirib. Məsələnin kəskinləşməsi isə Britaniyada sağçı siyasi qüvvələrin yüksəlişini və miqrasiya ilə bağlı daxili gərginliyi daha da artırıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see241

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri