Icma.az
close
up
RU
Üç günlük körpəsini dənizə atan ana: Psixoloq sarsıdıcı hadisənin mümkün səbəblərini AÇIQLADI

Üç günlük körpəsini dənizə atan ana: Psixoloq sarsıdıcı hadisənin mümkün səbəblərini AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Dünən baş verən dəhşətli hadisə - bir ananın cəmi üç günlük körpəsini dənizə atması ictimaiyyətdə dərin sarsıntı yaradıb. Hamımız bilirik ki, analar övladlarına qarşı dünyada ən həssas, ən qoruyucu varlıqlardır.

Məhz buna görə də belə xəbərlər yayılanda hər kəsin ağlında eyni sual yaranır: Necə olur ki, bir ana öz əl boyda körpəsinə qıya bilir?

Mövzunun psixoloji tərəfi ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirdi ki, ananın öz körpəsini öldürməsi həm psixoloji, həm də sosial baxımdan çox ağır və sarsıdıcı hadisədir. Onun sözlərinə görə, belə halların əksəriyyəti qadında mövcud olan ciddi psixopatoloji problemlərdən qaynaqlanır:

"Bu barədə başlıca ehtimalları nəzərdən keçirmək olar. İlk olaraq çox nadir rast gəlinən, lakin ən təhlükəli vəziyyət doğuş sonrası psixozdur (postpartum psixoz). Bu zaman ana reallıqla əlaqəsini itirir, hallüsinasiyalar və sayrışmalar yaşayır. Məsələn, körpənin təhlükə yaratdığına və ya onu “xilas etmək” üçün öldürməli olduğuna inanır. Bu vəziyyət təcili psixiatr müdaxiləsi tələb edir, çünki ana həm özünə, həm də başqasına zərər verə bilər. Daha geniş yayılmış vəziyyət isə doğuşdan sonrakı depressiyadır - postpartum depressiya. Bu zaman ana özünü emosional cəhətdən boş, dəyərsiz və həddən artıq yorğun hiss edir. Stres, sosial təcrid, narahatlıq və uşağa bağlanmada çətinlik müşahidə olunur. Hətta yaxşı niyyətlə edilən söz və müdaxilələr belə onda qıcıq yarada bilər. Ana olmaq məsuliyyətini daşıya bilməyəcəyinə inanırsa, bu emosional gərginlik daha da artır. Bəzi hallarda qadında əvvəlcədən mövcud olan şəxsiyyət pozuntuları, məsələn, şəxsiyyət pozuntusu ağır davranışlara yol aça bilər. Duyğusal dalğalanmalar, impulsiv qərarlar və tərk edilmə qorxusu ananı reallığı düzgün dəyərləndirməyə qoymur".

Müsahibimiz əlavə etdi ki, digər bir ehtimal travmatik keçmişlə bağlıdır.

"Əgər ana uşaqlıqda psixoloji və ya cinsi zorakılıq yaşayıbsa, doğuş bu travmaları yenidən oyada bilər. Körpənin arzuolunmaz hamiləlik nəticəsində dünyaya gəlməsi də anada nifrət və qəzəb hisslərini gücləndirə bilər. Sosial və iqtisadi çətinliklər də mühüm rol oynayır. Maddi sıxıntılar, ailədən dəstəyin olmaması, cəmiyyətin təzyiqi qadında çarəsizlik yaradır. Bu zaman ana uşağa baxa bilməyəcəyini düşünərək patoloji qərarlar verə bilər. Şizofreniya və digər psixotik pozuntular zamanı isə qadın reallıqdan tam uzaqlaşır, uydurma inanclara əsaslanaraq hərəkət edir. Məsələn, uşağı “pis dünyadan xilas etdiyini” zənn edə bilər. Bəzi qadınlarda paranormal inanclar körpənin “cinli” olması və ya kiminsə onları izləməsi kimi sayrışmalar faciəvi davranışlara gətirib çıxara bilir. Ağır stres, tək qalmaq, emosiyaları idarə edə bilməmək, yığılmış qəzəb də risk yaradır. Xüsusilə gənc analarda emosional yetkinlik tam formalaşmadığı üçün vəziyyət daha kəskin ola bilər. Ümumiləşdirsək, bu hallar həm psixoloji, həm sosial, həm də hüquqi tərəfi olan ciddi proseslərdir. Biz mövzunu izah etsək də, təbii ki, heç bir halda belə davranışa haqq qazandırmaq olmaz. Vacib olan odur ki, psixotik pozuntusu və ya şizofreniyası olan qadın hamiləlikdən əvvəl və sonra ciddi psixoloji nəzarət altında olmalıdır. Postnatal dəstək sistemi, ailə və sosial mühitin yardımı bu cür faciələrin qarşısını əhəmiyyətli dərəcədə ala bilər", - deyə Aydan Məmmədova bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri