Icma.az
close
up
RU
Üç mindən çox miqrantın Avropaya qeyri qanuni yolla daşınmasına kömək edən şəxs 25 il həbs cəzası alıb

Üç mindən çox miqrantın Avropaya qeyri qanuni yolla daşınmasına kömək edən şəxs 25 il həbs cəzası alıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 20 may, AZƏRTAC

Böyük Britaniyada 3 mindən çox miqrantın Avropaya qanunsuz yollarla keçirilməsində iştirak edən şəxs 25 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 42 yaşlı misirli balıqçı Ahmed Ebid Şimali Afrikadan İtaliyaya 2022-ci ilin oktyabrından 2023-cü ilin iyununa qədər təxminən 3 min 800 miqrantın daşınmasına cəlb olunub. Onlardan bəziləri sonradan Böyük Britaniyaya da keçə bilib.

O, bu cinayət əməlinə görə Böyük Britaniyada Aralıq dənizi vasitəsilə insan qaçaqmalçılığına görə məhkum edilən ilk şəxs olub. Araşdırmalara əsasən, Ahmed Ebid bu əməliyyatdan ümumilikdə 12 milyon funt sterlinq qazanıb.

Ahmed Ebid 2022-ci ildə kiçik qayıqla Britaniyaya daxil olmuş, daha əvvəl isə İtaliyada narkotik qaçaqmalçılığına cəhd ittihamı ilə beş il həbsdə olmuşdu.

Cəzasını çəkdikdən sonra onun deportasiyası qaçılmaz hesab olunur.

Londonun Southwark Krallıq Məhkəməsində keçirilən məhkəmə prosesində hakim qeyd edib ki, Ahmed Ebid ümidsiz insanlardan istifadə edərək onları amansız şəkildə istismar edib və onun əsas motivi insan alverindən maddi qazanc əldə etmək olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri