Icma.az
close
up
RU
Üç ölkə Bakı Limanında İntermodal Yük Terminalı üçün müəssisə yaratdı

Üç ölkə Bakı Limanında İntermodal Yük Terminalı üçün müəssisə yaratdı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb.

Globalinfo.az xəbər verir ki, noyabrın 12-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”-nin Baş direktoru Yuan Xiaojun liman ərazisində yeni İntermodal Yük Terminalının inşası üçün müəssənin yaradılmasına dair saziş imzalayıblar.

İmzalanma mərasimində, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və Qazaxıstanın “Samruk-Kazyna” fondunun idarə heyətinin sədri Nurlan Jakupov da iştirak edib. Mərasim, Azərbaycanda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilib.

Bu sazişin məqsədi, Ələt qəsəbəsində yerləşən Bakı Limanında yükaşırma həcminin artırılması və inkişafı məqsədilə ilk dəfə yeni İntermodal Yük Terminalının tikintisi həyata keçirilməsidir. Layihə çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40 hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.

 Bakı Limanının geniş infrastruktur imkanları, Qazaxıstan Dəmir Yollarının bütövlükdə Orta Dəhliz üzrə xidmətlərin göstərilməsindəki mühüm əhəmiyyəti, “Xi’an Free Trade Port” şirkətinin Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının təşkili və göndərilməsindəki sürəti nəzərə alındıqda bu sazişin hər üç ölkə üçün böyük  logistik əhəmiyyət daşıdığını görmək olur. Sazişin bir digər üstünlüyü isə Çin-Avropa marşrutu üzrə Orta Dəhlizlə göndərilən konteyner qatarlarının həcminin daimi artımı, boşaldılma vaxtının azaldılması, daşımaların dəyərinin aşağı salınması, yenidən yükləmə vaxtının minimumlaşdırılması və yük daşımalarının həcminin sabit artması olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri