Icma.az
close
up
RU
Üç ölkə Rusiya ilə sərhədləri möhkəmlədir Hücum təhlükəsi...

Üç ölkə Rusiya ilə sərhədləri möhkəmlədir Hücum təhlükəsi...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Estoniya, Latviya və Litva Rusiya və Belarusla sərhədlərin gücləndirilməsini nəzərdə tutan “Baltikyanı müdafiə xətti” layihəsi üzərində işləyir. Baltik ölkələri hesab edir ki, onlar üçün ən təhlükəli mərhələ Ukraynada atəşkəsin əldə olunmasından dərhal sonra başlayacaq. İddialara görə, bu halda Rusiya qısa zamanda yenidən silahlanaraq Baltikyanı ölkələri hədəf ala bilər.

Bəs Moskvanın belə bir hücum potensialı varmı? Ukrayna savaşından sonra yeni bir müharibənin başlama ehtimalı nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Estoniya, Latviya və Litva kimi kiçik Baltik ölkələrinin belə bir qərar verməsi heç də təsadüfi deyil:

“Bu ölkələr NATO üzvüdür. Hər üçü tarixən Rusiya kimi böyük bir dövlətlə qonşu olublar. Bu da əsas verir ki, onlar hər zaman öz təhlükəsizliklərini ön planda tutsunlar. Ukraynadan sonra növbəti təcavüzə məruz qala biləcək dövlət olacaqlarını düşünən, bu qorxu ilə yaşayan da məhz Estoniya, Latviya və Litvadır. Kiyev və Moskva arasında sülh sazişinin imzalanacağı ilə bağlı məlumatlar dolaşsa da, fikrimcə, sülh sazişinin imzalanması Rusiyanın geri çəkilməsi kimi qiymətləndirilməməlidir. Rusiya ilə gedən müharibə fonunda Ukrayna böyük itkilər verdi, ciddi sanksiyalarla qarşılaşdı. Atəşkəsin əldə olunması Rusiyaya nəfəs almağa, ordusunu gücləndirməyə imkan verəcək”.

Politoloqun sözlərinə görə, gedən şiddətli müharibə fonunda Rusiya hazırda hərbi sənayesini gücləndirməyə nail olub:

“Hər bir halda Alyansın üzvü olan həmin üç ölkəyə Rusiyanın atəşkəs imzalandıqdan sonra belə hücum edəcəyi gözlənilmir. Bu addım Kremlə baha başa gələcək. Hazırkı geosiyasi reallıqları nəzərə alsaq, Rusiyanın Pribaltika ölkələrinə hücum etmə ehtimalı sıfıra bərabərdir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri