Üç ölkə Şimali Atlantikada gücünü birləşdirir RAZILIQ ƏLDƏ OLUNDU
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Norveç, Almaniya və Böyük Britaniyanın müdafiə nazirləri cümə axşamı günü sualtı qayıqların aşkarlanması, axtarışı, qorunması və məhv edilməsi üçün birgə işləmək barədə razılaşma imzalayıblar.
"Ölkə.az" xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin məlumat yayıb.
Bəyanatda deyilir ki, NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı Almaniya, Böyük Britaniya və Norveç Şimali Atlantikada sualtı qayıqların fəaliyyətini izləmək üçün daha böyük məsuliyyət daşıyacaqları barədə razılığa gəliblər.
Norveçin müdafiə naziri Tore Sandvik mətbuat açıqlamasında bildirib ki, Norveçin strateji mövqeyi düşmən sualtı qayıqlarından özünü müdafiə edə bilməyin xüsusilə vacib olduğunu göstərir.
"Bu, Norveçin və bütün NATO alyansının təhlükəsizliyi üçün vacibdir. Hazırda Norveçin və Avropanın müdafiə qabiliyyətlərini gücləndiririk", - deyə müdafiə naziri qeyd edib.
“Almaniyadan yeni sualtı qayıqlar, Böyük Britaniyadan isə yeni freqatlar alacağıq. Bugünkü yeni təşəbbüslə strateji əhəmiyyət kəsb edən bir sahədə iki ən vacib Avropa müttəfiqimizlə daha da yaxınlaşırıq”, - deyə Sandvik bildirib.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 19 İyun 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















