Icma.az
close
up
RU
Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?

Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Wi-Fi routerinin evdə düzgün yerləşdirilməsi internet sürətinə, bağlantının sabitliyinə və mənzildə zəif siqnal olan zonaların yaranmasına birbaşa təsir edir. Hətta müasir router belə yanlış yerdə quraşdırıldıqda keyfiyyətli internet təmin edə bilmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Wi-Fi siqnalı bütün istiqamətlərə yayılsa da, qalın beton və ya kərpic divarlar, iri metal əşyalar, məişət texnikası, güzgülər və iri mebellər siqnalı zəiflədə bilər.

Mikrodalğalı soba, televizor və digər elektron cihazlardan yayılan elektromaqnit təsirlər də internetin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən kiçik mənzillərdə belə internetin zəif tutduğu və ya ümumiyyətlə işləmədiyi zonalar yarana bilər.

Mütəxəssislər bildirirlər ki, router üçün ən uyğun yer evin və ya mənzilin mərkəzi hissəsidir. Router yaşayış sahəsinin ortasına yaxın yerləşdirildikdə siqnal otaqlara daha bərabər paylanır, zəif bağlantı sahələrinin sayı azalır və internet daha stabil işləyir. Bu üsul xüsusilə bir-dörd otaqlı mənzillər üçün uyğun hesab edilir.

Routerin hündür yerdə yerləşdirilməsi də vacib sayılır. Mütəxəssislər onu rəfdə, dolabın üstündə və ya divarda quraşdırmağı tövsiyə edirlər. Çünki cihaz nə qədər yüksəkdə yerləşərsə, siqnal aşağı və yan istiqamətlərə daha yaxşı yayılır.

Bundan əlavə, router açıq məkanda saxlanılmalıdır. Onu dolabın içinə, nişə, televizorun arxasına və ya otağın küncünə qoymaq məsləhət görülmür. Açıq yerləşmə Wi-Fi siqnalının keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Ekspertlər routerin mikrodalğalı soba, soyuducu, televizor, blutuz cihazları və iri metal predmetlərin yanında yerləşdirilməsini də tövsiyə etmirlər. Bu qurğular siqnal qarışıqlığı yaradaraq internet sürətini azalda bilər.

İkimərtəbəli evlərdə yaşayanlara isə routeri mərtəbələr arasındakı hissəyə yaxın yerləşdirmək məsləhət görülür. Məsələn, birinci mərtəbədə tavana yaxın və ya ikinci mərtəbədə döşəməyə yaxın quraşdırmaq hər iki mərtəbədə daha balanslı siqnal yayılmasına kömək edə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, routeri mənzilin küncündə, xarici divarların yaxınlığında, bağlı dolablarda, iri elektrik cihazlarının yanında, həmçinin güzgü və akvarium yaxınlığında yerləşdirmək siqnal itkisini artırır.

Əgər routerin düzgün yerləşdirilməsinə baxmayaraq internet zəif işləyirsə, cihazın ayarlarında Wi-Fi kanalını dəyişmək, proqram təminatını yeniləmək, siqnal gücləndiricisindən istifadə etmək və ya böyük mənzillər üçün “meş” sistemi qurmaq tövsiyə olunur.

Mütəxəssislərin fikrincə, internetin otaqlarda zəif işləməsinin əsas səbəbləri qalın divarlar, routerin yanlış yerləşdirilməsi, elektron cihazların yaratdığı maneələr və cihazla router arasındakı böyük məsafə ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 May 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri