Icma.az
close
up
RU
Üç qitə bir arada...

Üç qitə bir arada...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

D-8-də Azərbaycana göstərilən böyük etimad

Müstəqil Azərbaycan çoxvektorlu xarici siyasət kursuna malikdir. O cümlədən respublikamız müxtəlif regional və qlobal platformalarda uğurla təmsil olunur. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz sıralarına qatıldığı beynəlxalq təşkilatların fəaliyyətinə davamlı töhfələr verir və onların nüfuzunun, funksionallığının artmasında mühüm rol oynayır.

Azərbaycanın sıralarında yüksək fəallıq göstərdiyi beynəlxalq qurumlardan biri də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Respublikamız bu təşkilatda təmsil olunduğu qısa müddətdə  bir sıra uğurlara imza atıb. Dünən Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun keçirilməsi ölkəmizin qurumun fəaliyyətinin genişlənməsinə verdiyi növbəti töhfədir.

İslam səkkizliyi platforması

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard dollar həcmində ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının, ümumilikdə, dünya müsəlmanlarının 60 faizini təşkil edən qurum dünyada  İslam səkkizliyi kimi tanınır. İslam səkkizliyinin fəaliyyəti münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, ikili standartlar əvəzinə hüquq bərabərliyi,  istismar əvəzinə kooperasiyalar, ikili standartlar əvəzinə hüquq, zülm əvəzinə demokratiya, diskriminasiya əvəzinə hüquqi bərabərlik kimi prinsiplərə əsaslanır.

D-8 ölkələri yeni çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyiblər. Bu məqsəd qəbul olunan qərarlarda da öz əksini tapıb. Təşkilatın  dövlət və hökumət başçılarının X sammitində  “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd 2020-2022-ci, 2023-2027-ci və 2028-2030-cu illəri əhatə etməklə üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Dünyadakı yeni reallıqlara və çağırışlara uyğun islahatların aparılması İslam səkkizliyinin qarşısına bir vəzifə kimi qoyulub. Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına ünvanladığı məktubunda qurumun kifayət qədər geniş potensiala malik olduğuna diqqət çəkərək vurğulayıb: “1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir”.

D-8-də ilk genişlənmə

Yeni şəraitdə təşkilatın genişlənməsinə də ciddi ehtiyac yaranıb. 2024-cü il dekabrın 19-da D-8-in tarixində əlamətdar hadisə - qurumun ilk genişlənməsi baş verdi. Belə ki, qeyd olunan tarixdə Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan  yekdilliklə D - 8-in üzvü seçilib. Xatırladaq ki, ölkəmiz təşkilatda ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı yaranandan bəri ona qoşulan ilk ölkənin Azərbaycan olması məmnunluq doğurur. Çox doğru olaraq bu qərar üzv ölkələr tərəfindən Azərbaycana göstərilən hörmət və həmin ölkələr arasında böyük dostluğun nümunəsi kimi qiymətləndirilir. D-8 ölkələri ilə Azərbaycanın qarşılıqlı milli maraqlara əsaslanan səmərəli konstruktiv ikitərəfli münasibətləri mövcuddur. O cümlədən Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Qeyd edək ki, bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. “Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir”, - deyə Prezident İlham Əliyev müraciətində vurğulayıb.

D-8 Media Mükəmməllik Mərkəzinin təqdimatı...

Bakıda keçirilən forum çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin (D-8 Media Excellence Center) təqdimatı keçirilib. Təqdimatı Medianın İnkişafı Agentliyinin Beynəlxalq Əlaqələr və Sənəd Sənəd Dövriyyəsi Departamentinin direktoru Rasim Bağırov D-8 Media Forumu çərçivəsində edib.

Təqdimat zamanı R.Bağırov qeyd edib ki, D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü birliyin yeni üzvü kimi Azərbaycan tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, mərkəzin məqsədi səkkiz ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, regional və qlobal proseslərin koordinasiyalı şəkildə işıqlandırılması, jurnalistlərin peşəkar səviyyəsinin artırılması və dezinformasiya ilə səmərəli mübarizədir.

Mərkəzin konsepsiyası ilk dəfə 2025-ci il mayın 16-da təqdim edilib, daha sonra İstanbulda D-8 Komissiyasının 49-cu iclasında müzakirə olunub. Bundan sonra milli koordinatorların onlayn formatda iki iclası keçirilib və burada iştirakçı ölkələrin şərhləri və təklifləri nəzərə alınıb. Toplanmış materiallar əsasında Mərkəzin nizamnaməsi hazırlanır və cari media forumunun nəticələri struktur fəaliyyətə başladıqdan sonra ikiillik Fəaliyyət Planına daxil ediləcək.

O məlumat verib ki, Mərkəzin strukturu bütün iştirakçı ölkələrdən milli koordinatorları əhatə edəcək. Onlar Məsləhət Şurası (ACNC) ilə birlikdə strategiya və fəaliyyət istiqamətlərini müəyyən edəcəklər. Əməliyyatlara icraçı direktor rəhbərlik edəcək. Azərbaycan təşəbbüsün müəllifi kimi əməkdaşlıq xərclərini öz üzərinə götürəcək, digər ölkələr isə ayrı-ayrı təşəbbüsləri dəstəkləyə və ya xarici maliyyələşdirmə cəlb edə biləcəklər.

D-8 Media Mükəmməlliyi Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə informasiya mübadiləsi və birgə media layihələri, ixtisasartırma proqramları və təlimlər; analitik tədqiqatlar və nəşrlər; strateji tərəfdaşlıqlar; peşəkar və məsuliyyətli jurnalistikanın dəstəklənməsi; dezinformasiya ilə mübarizə; media sahəsində innovativ texnologiyaların tətbiqi yer alır.

R.Bağırov vurğulayıb ki, forum iştirakçıları platformanın gələcək inkişafının formalaşdırılmasında fəal şəkildə iştirak edir və təqdim olunan bütün təkliflər növbəti iki il üçün Fəaliyyət Planının hazırlanmasında nəzərə alınacaq.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri