Təhsil və elm xərcləri artırılır
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“2027-ci il üçün dövlət büdcəsində təhsil və elm xərcləri üçün büdcə xərclərinin 12,6 faizi həcmində və ya 5,4 mlrd. manat vəsait proqnozlaşdırılıb. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 mln. manat və ya 11,2 faiz çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, ortamüddətli dövrdə, yəni 2023-2027-ci illərdə təhsil və elm xərcləri 1 mlrd. manat və ya 24 faiz artıb.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı növbəti il dövlət büdcəsindən 1,4 mlrd. manat ayrılacaq. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 259 mln. və ya 23 faiz çoxdur.
Nazirin sözlərinə görə, aqrar sektora ayırmalar aqrar ÜDM-in 15.8 faizinə çatacaq.
Nuranə Daxilqızı
Baxış sayı:56
Bu xəbər 16 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















