Sara İngiltərəyə qayıda bilər
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Qalatasaray”ın futbolçusu Qabriel Sara karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Aston Villa”nın maraq dairəsinə düşüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, İngiltərə klubu 26 yaşlı futbolçunun transferi üçün “Qalatasaray”a 35 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Sara ilə “Roma” və “Napoli” klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 15 rəsmi oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Baxış sayı:65
Bu xəbər 16 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















