Icma.az
close
up
RU
Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq Füzuli Məmmədov

Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq Füzuli Məmmədov

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Bütün oyunlara olduğu kimi, bu matça da yaxşı hazırlaşmışdıq. Bilirdik ki, MOİK-in heyətində səviyyəli və təcrübəli futbolçular var. Səfərdə oynasaq da, məqsədimiz qələbə idi".

Bunu Fanat.Az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov deyib.

1-ci Liqanın 26-cı turunda "hərbçilər"i 3:1 hesabı ilə məğlub edən "şəhərlilər"in çalışdırıcısı qələbəni şərh edib: "MOİK-i təhlil etmiş, futbolçularımıza bu barədə məlumat vermişdik. Həftə ərzində onların oyun üslubuna uyğun hazırlaşmışdıq. Rəqibin uzun ötürmələrə daha çox üstünlük verdiyini, iki hücumçusunu topla təmin etməyə çalışacağını bilirdik. Bu forvardlardan biri sürətli, digəri hava toplarında effektlidir. Eləcə də harada boşluqlara yol verə biləcəkləri barədə məlumat toplamışdıq. Bir sözlə, onların zəif və güclü cəhətlərini müəyyənləşdirmişdik. 

Oyun gözlədiyimiz kimi oldu. Rəqib daha çox uzun ötürmələrdən faydalanmağa çalışdı. Belə ötürmələrdən sonra ikinci toplar uğrunda mübarizə aparmalı olduq. Futbolçularım diqqətli davrandılar, yaxşı çıxışla diqqət çəkdilər. Uşaqlardan razı qaldım. Düzdür, daha çox qol vura bilərdik, amma bütün hallarda, komandamdan razıyam. Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq. Futbolçularıma əzmkar və intizamlı oyuna, tapşırıqları arzulanan səviyyədə yerinə yetirdiklərinə görə təşəkkürümü bildirirəm. Uzun məsafə qət edib bizi dəstəkləməyə gələn, eləcə də oyunumuza tribunadan baxmaq imkanı olmayan bütün azarkeşlərimizə də təşəkkürlərimi çatdırıram".

Bu qələbə sayəsində xal hesabını 32-yə çatdıran və 5-ci pillədə möhkəmlənən mərkəzi aran təmsilçisi liqadakakı son matçını öz meydanında "Karvan"a qarşı keçirəcək. Füzuli bəy artıq elitaya vəsiqəni təmin etmiş Yevlax komandası ilə qarşıdakı oyuna da toxunub: "Mövsümün son oyununda "Karvan"a qarşı mübarizə aparacağıq. Bizi Premyer Liqaya vəsiqə qazanmış güclü rəqiblə görüş gözləyir. Rəqibə hörmətlə yanaşırıq. Bu matça da yaxşı hazırlaşıb azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 May 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri