Icma.az
close
up
RU
Üç şəhidimiz Suraxanı Şəhidlər xiyabanında dəfn olundu

Üç şəhidimiz Suraxanı Şəhidlər xiyabanında dəfn olundu

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi İlham İmdad oğlu Mehdiyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

Modern.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, İlham Mehdiyev 1967-ci il aprelin 5-də anadan olub. O, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb.

İlham Mehdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

***

Bu gün Birinci Qarabağ müharibəsinin itkin şəhidi Azər Zirəddin oğlu Bayramovun paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mərhumun yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, şəhidin ruhuna dualar edilib.

İtkin şəhid Azər Bayramovun nəşi dərin ehtiramla torpağa tapşırılıb, onun məzarı üzərinə gül dəstələri düzülüb, ailəsinə başsağlığı verilib.

Dəfn mərasimində Azərbaycanın igid, qəhrəman oğullarının döyüş meydanlarında göstərdikləri şücaətlərdən, Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan düşmənə qalib gəlməklə ilahi ədaləti bərpa edib, 30 illik Vətən həsrətinə son qoyulub. Hazırda işğaldan azad olunan torpaqlarımız bir-birinin ardınca surətli şəkildə yenidən qurulur və soydaşlarımız Qarabağda azad, təhlükəsizlik şəraitdə yaşamağa başlayıblar.

Mərasimdə itkin şəhidin yaxınları da vurğulayıblar ki, Azər Bayramovun 33 ildən sonra tapılaraq dəfn olunması həm ailəsi, həm də bütün xalqımız üçün dərin kədərlə yanaşı, həm də qürur hissi doğurur. Onun qəhrəmanlığı, Vətən uğrunda fədakarlığı heç vaxt unudulmayacaq, adı daim ehtiramla anılacaq.

Həmçinin qeyd edilib ki, Azərbaycan xalqı qəhrəmanları hər zaman uca tutur. Onların göstərdikləri igidlik sayəsində bu gün ölkəmiz müstəqil, qüdrətli və qalib bir dövlət kimi inkişaf edir.

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan dövləti şəhid ailələrinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır, onların rifahı üçün ardıcıl tədbirlər həyata keçirilir. Şəhidlərimizin müqəddəs xatirəsi isə yaddaşlarda əbədi yaşayacaq.

Qeyd edək ki, Azər Bayramov 1973-cü il iyunun 24-də anadan olub. Onun 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü güman olunurdu.

***

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

Modern.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Suraxanı, Xətai və Sabunçu Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyev 1961-ci il yanvarın 5-də Ağdam rayonunun Kolqışlaq kəndində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Əliyar Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri