Üç vəkilin fəaliyyəti dayandırılıb, dörd vəkilə töhmət verilib
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə ARVK-dən məlumat verilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü - Samir Bayramov, Teymur Həsənov, Elşən Hüseynov, Tağı Qənbərov, Şəfiqə Şeybullayeva, Günel Məmmədova, Rəmzi Nəbiyev və Aqil Nuriyevin mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
Sonra bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.
Eyni zamanda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın 10-cu və o cümlədən, Milli Məhkəmə Müsabiqəsinin 14-cü buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi barədə məsələyə baxılıb və müsbət qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 28 Noyabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















