Bir vəkilin fəaliyyəti dayandırılıb Beş vəkilə isə töhmət verilib
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin mayın 23-də növbəti iclası keçirilib.
ARVK-dan Reyting.az-a verilən məlumata görə, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələlərə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul ediliblər.
Eyni zamanda dövlət qulluğuna keçdiklərinə görə vəkillik fəaliyyəti dayandırılmış iki vəkilin fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə onların vəkillik fəaliyyətinin yenidən bərpası təsdiqlənib və vəsiqələr təqdim olunaraq gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə bir vəkilə xəbərdarlıq edilib, beş vəkilə töhmət verilib və bir vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:Bir vəkilin fəaliyyəti dayandırılıb, 10 vəkilə töhmət verilib
28 Yanvar 2025 10:55
5 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb
23 May 2025 15:02
Üç vəkilin fəaliyyəti dayandırılıb, dörd vəkilə töhmət verilib
28 Noyabr 2024 19:20
Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırılıb, 3 vəkilə töhmət verilib
03 Dekabr 2024 10:12
Baxış sayı:109
Bu xəbər 23 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















