Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uca məqama sahiblənən loğman

Uca məqama sahiblənən loğman

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yer üzünün əşrəfi olan insan bütün ona verilən üstünlükləri Tanrının ən böyük qüdrəti sayaraq bu mövqeyinə sadiq qalmaqla mükəlləfdir. İnsanın Tanrıya minnatdarlığı yalnız ibadətlə yekunlaşmır. Xeyirxahlıq, humanist hislər, barış , elm və bu kimi cəhətlər bəşər övladının Allah qarşısında yüksək əməlləri sırasındadır. Bu baxımdan insan həyatını qorumaq xüsusi bir dəyərə və önəmə malikdir. Tarixi araşdırmalar da sübut edib ki, ibtidai tibbi biliklərin, müxtəlif yollarla insan sağlamlığının qorunmasının tarixi elə Allahı dərk, ona ibadətin tarixi ilə eynidir. Məhz bu səbəbdən də dünyagörmüş təbiblər yaşadığı zamanda müqəddəs sayılmış və həmişə uca tutulmuşdur. Tək Şərqin deyil, bütün dünyanın qarşısında baş əydiyi İbn Sinanın Loğman adı ilə yaşadığı dövrdə və ondan sonra bu ucalığı qoruması da bunun sübutudur.

İnsanlığa aid bütün yaxşı əməllər, Tanrıya xoş gedən işlər kimi tibb elmi, təbiblik sənəti də zaman -zaman inkişaf etmişdir.  Bu gün həkimlər Allahın yer üzündə xilaskar mələyi kimi tanınır. Belə bir müqəddəsliyi fəth edən ağ xalatlı təbibimiz Bəxtiyar Musayevdir.
İllərdir yorulmadan bütün növ açıq və laparoskopik cərrahi əməliyyatlarını  yüksək peşəkarkarlıqla icra edərək insanlara xoşbəxtlik bəxş edir, xalqımıza ləyaqətlə xidmət edir. Bəxtiyar həkimin tibb sahəsində elmi və praktik nailiyyətləri haqqında danışmadan öncə bir məqamı xüsusi olaraq qeyd edək ki, onun ən üstün xüsusiyyəti hər bir pasiyentə ayrıca bir insani qayğı ilə yanaşması, onları öz yaxını və əzizi kimi qəbul etməsidir. Bu baxımdan Bəxtiyar həkim sözün həqiqi mənasında Allahın insanlıq xüsusiyyətlərini, insanı qorumaq kimi müqəddəs bir missiyasını yerinə yetirir. Bu gün müasir tibb də sübut edir ki, bəzən mükəmməl tibbi biliklərlə bərabər xəstəyə qarşı göstərilən insani münasibət, ona olan sevgi müalicənin başlıca şərtlərindən biridir. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bir həkim kimi ona  üz tutarrsa, hamı da ondan razı qalır.

Bu istedadlı insanın son bir neçə illik fəaliyyəti onu bir həkim kimi yox həm də ən mükəmməl xüsusiyyətlərə malik insan kimi minlərlə xəstənin sevimlisinə çevirib. Bəxtiyar həkim məhc bu keyfiyyətlərini özünün elmi bilikləri ilə birləşdirərək bu gün ölkəmizin ən tanınmış təbiblərindən biri, insanların ümid və pənah yeridir.  Bəxtiyar  həkim bu gün öz sahəsi üzrə tək ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanmış və həmkarları tərəfindən peşəkarlığı və elmi ilə qəbul edilmişdir. Onun həm nəzəri elmi uğurları, həm də praktik tibbi naliyyətləri  məşğul olduğu sahədə birinciliyi təmin edib.

Bəxtiyar həkimin bir alim kimi ölkəmizdə  tibb elminin inkişafına verdiyi töhffələrdən danışarkən qeyd etmək lazımdır ki, o, 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 4 metodik tövsiyənin müəllifidir. Dr.Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk icra edən həkimlərdən biri kimi Azərbaycan səhiyyəsində inqilab etməyi bacarıb. İftixarla qeyd etmək yerinə düşər ki, yüksək ixtisaslı bu mütəxəssis soydaşımız  1984-cü ildə  Azərbaycanda perkutan endobiliar əməliyyatının ilk icraçısıdır. Qeyri-adi istedada və üstün humanizm keyfiyyətlərinə malik Bəxtiyar Musayevevin ixtirası, elmi yanaşması milli səhiyyə sistemimizin xüsusi bir dəyəri sayıla bilər.

Bəxtiyar həkim həm də uğurlu təşkilatçıdır. Mərkəzi Gömrük Hospitalının rəisi, Tibb xidməti polkovniki Bəxtiyar Musayev 3 ilə yaxındır ki, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkimi vəzifəsini icra edir. Bu müddət ərzində Mərkəzi Gömrük Hospitalı təkcə ölkəmizin deyil, bütövlükdə regionun aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir. Bu gün Gömrük Hospitalı ən müasir  tibbi avadanlıqlar,  dərman vasitələri, innovativ laboratoriya avadanlıqları, tibbdə informasiya texnologiyaları və s. ilə təmin edilib.

Qeyd etmək lazımdır ki, Bəxtiyar Musayevin rəhbərlik təcrübəsi yalnız Mərkəzi Gömrük Hospitalı ilə məhdudlaşmır. O, uzun illər ərzində Azərbaycanın bir sıra nüfuzlu özəl tibb müəssisələrində baş həkim kimi fəaliyyət göstərib, hər zaman peşəkar idarəçilik bacarıqları, strateji baxışı və tibbi xidmətin keyfiyyətinə verdiyi önəmlə seçilib. Onun rəhbərliyi altında tətbiq olunan yenilikçi yanaşmalar və inkişaf strategiyaları çalışdığı bütün müəssisələrin uğur qazanmasına və yüksək reputasiya qazanmasına səbəb olub.

Gözəl insan, peşəkar həkim və bacarıqlı rəhbər kimi özünü təsdiq edəb doktor Bəxtiyar Musayev bu gün də bütün bilik və bacarığı ilə insanlığın keşiyindədir. Onun həm həkim, həm səhiyyə təşkilatçısı kimi fəaliyyəti gələcək nəsillərə də örnək olacaq. Allahın ən dəyərli yaradışı olan insanın və onun həyatının keşiyində belə sədaqət və inamla duran şəxsiyyət elə həm də Tanrı dərgahında ən uca məqama sahibdir.

Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri