Icma.az
close
up
RU
Ucarda su ehtiyatlarından səmərəli istifadəyə dair tədbir keçirilib

Ucarda su ehtiyatlarından səmərəli istifadəyə dair tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Ucar rayonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 11 saylı Mərkəzi Aran regional bölməsi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə su ehtiyatlarının qorunması istiqamətində nəzarətin gücləndirilməsi, onlardan səmərəli istifadə və ictimai iştirakçılığın təşviqinə dair tədbir keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə SİMDNX-nin 11 saylı Mərkəzi Aran regional bölməsinin rəisi Elşən Əliyev, Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov, Ucar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Müşviq Məmmədov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional rəisi Elxan Çərkəzov, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, eləcə də yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və kənd sakinləri iştirak ediblər.

Çıxış edən regional bölmə rəisi Elşən Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və əsas vəzifələri barədə məlumat verib. O, Azərbaycan Prezidentinin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su siyasətinin daha qanunauyğun və effektiv şəkildə həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən danışıb. Elşən Əliyev tətbiq olunan nəzarət mexanizmləri, su ehtiyatlarının idarə olunmasına dair yeniliklər və gələcək planlar barədə məlumat verərək fermerləri və sahibkarları su resurslarından istifadədə qanunvericiliyə riayət etməyə çağırıb.

Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin tətbiqi və ictimai iştirakçılığın artırılması mövzularında geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçıların suallarına cavab verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri