Ucqar kəndlərdə autizmli şəxslər üçün hüquqi maarifləndirmə tədbirləri KEÇİRİLDİ
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Autizm maarifləndirmə ayı çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunun ucqar kəndlərində, həmçinin Xınalıq kəndində autizm maarifləndirmə ayı çərçivəsində “Erkən aşkarlamanın faydaları” mövzusunda hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.
Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən autizmli şəxslərin hüquqlarının müdafiəsi məsələsini diqqət mərkəzində saxladığını qeyd edib, bu sahədə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.
Yekunda Ombudsmanın təşəbbüsü ilə hazırlanmış maarifləndirici bukletlər iştirakçılara təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















