Icma.az
close
up
RU
Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış oldu

Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış oldu

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan 2020-ci il sentyabr ayının 27-də erməni işğalına son qoymaq məqsədilə başladığı Vətən müharibəsini 44 gün sonra tam və qəti qələbə ilə başa vurdu. Həmin ilin noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. II Qarabağ savaşı Azərbaycanın tarixiQələbəsi ilə nəticələndi. Vətən müharibəsinin gedişində bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin şahidi oldu. Bu həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri çiyin-çiyinə verərək ümumi düşmənlə vuruşdular və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Regionda yaranmış yeni reallıqlar, o cümlədən “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin artıq mövcud olmaması Azərbaycanın ən böyük tarixi nailiyyətidir. Bu gün Qarabağın bütün rayonları digər bölgələrimiz kimi Azərbaycanın ayrılmaz ərazisidir.

Azərbaycan Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərlə bütün erməni miflərinədə son qoydu,erməni ideoloqlarının uzun illər ərzində bütün dünyaya “yenilməz erməni ordusu” barədə yaydıqları uydurma, cəfəng məlumatları ifşa etdi. Azərbaycan sübut etdi ki, bu ölkə sahibsiz deyil və öz Prezidentinin, öz Ali Baş Komandanının rəhbərliyi ilə istənilən aqressoru məhv etmək gücünə malikdir. Artıq bütün dünya sərsəm böyük Ermənistan ideyasının çürük sütunlar üzərində qurulduğunu gördü.

Birmənalı olaraq demək lazımdır ki,10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış oldu. Bu gün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” sürətlə həyata keçirilir. Proqramın icrası çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, 30 il öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması Azərbaycanın ən böyük qələbəsinin təzahürləridir.

Əlbəttə ki, Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş ən önəmli siyasiuğurlardan biri də Ermənistanın növbəti illərdə imzaladığı sənədlərdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etməsidir. Cənab Prezidentİlham Əliyevin 2023-cü ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanatla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Təəssüflər olsun ki, Ermənistanın bundan sonrakı qeyri-adekvat hərəkətləri yenidən regionda vəziyyətin gərginləşməsinə səbəb oldu. Bir tərəfdən Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edən Ermənistan hökuməti digər tərəfdən də qondarma separatçı rejimi “müstəqillik günü” ilə təbrik etməyi də unutmadı. Həmçinin Ermənistan 10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü digər bir öhdəliyə də əməl etməyə, öz hərbi hissələrini Azərbaycan ərazilərindən çıxarmağa da tələsmirdi. Bütün bunlar Azərbaycanı müvafiq tədbirlər görməyə, yenidən öz gücünü göstərməyə vadar etdi. İlk növbədə 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bundan beş ay sonra, sentyabr ayının 19-da keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan özünün bütün ərazilərində suverenliyinin tam bərpasına nail oldu. Azərbaycan Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların yeganə müəllifidir və artıq bütün dünya bu reallıqları qəbul etmişdir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri