Icma.az
close
up
RU
Üçtərəfli görüş simvolik olacaq, Zelenski hakimiyyətdən gedə bilər KONKRET

Üçtərəfli görüş simvolik olacaq, Zelenski hakimiyyətdən gedə bilər KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini mümkün hesab edir. O, bu barədə “Truth social” şəbəkəsindəki səhifəsində yazıb.

KONKRET.Az xəbər verir ki, bu görüşün baş tutub-tutmayacağı barədə politoloq Kənan Novruzov Musavat.com-a açıqlama verib. O hesab edir ki, Alyaskada ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüş göstərdi ki, əslində üçtərəfli müzakirə formatı da mümkündür: “Hər halda nə Putin, nə də Zelenski buna etiraz edər. Əks halda səhv etmiş olarlar.

Əslində Alyaskadakı görüş də göstərdi ki, həm müharibə, həm də danışıqlar Qərblə Rusiya arasında gedir. Daha doğrusu, ABŞ ilə Rusiya arasında”.

Ekspert onu da qeyd edib ki, Şərqi Avropada proseslərin inkişafı daha çox ABŞ- Rusiya münasibətlərinin dinamikasından asılıdır: ”
Fikrimcə, mümkün üçtərəfli görüş simvolik xarakter daşıyacaq. Həmin görüşün həlledici olacağını düşünmürəm. Doğrudur, üçtərəfli sammitdən sonra hansısa nəticələr əldə oluna bilər. Amma onlar artıq həmin görüşə qədər razılaşdırılacaq. Xüsusilə də ABŞ- Rusiya təmaslarında.

İndi ən çətin məsələ Trampla Putinin razılığa gəlməsi ilə bağlıdır. Əgər bunu bacarsalar, qalan məsələlər həllini tapacaq.

Nəzərə almaq lazımdır ki, Kiyev bu gün xeyli dərəcədə Vaşinqtondan asılı vəziyyətdədir. Bu isə o deməkdir ki, ABŞ-nin Ukraynaya təsir imkanları kifayət qədər çoxdur. Əgər Ağ Evlə Kreml razılığa gələ bilsələr, Tramp Zelenskini aradan götürə də bilər. Bu ehtimal getdikcə artır.

Əlbəttə, Zelenski də reallıqları anlayır. Odur ki, Avropa ilə əlaqələri gücləndirməklə həm də öz təhlükəsizliyini təmin etməyə çalışır. Düşünürəm ki, mümkün üçtərəfli görüş sadəcə o vaxta qədər əldə olunmuş nəticələrin elan olunması və ABŞ-nin Ukrayna ilə Rusiya arasında guya balanslı davranmağı, bərabərhüquqlu yanaşmağını göstərməsi baxınından səciyyəvi ola bilər. Hərçənd Zelenski özü də başa düşür ki, Kiyev və Moskvanın imkanları fərqlidir. Hər halda artıq Rusiya- Ukrayna müharibəsində yeni mərhələ başlanır. Və, məncə, “sular durulmazdan” əvvəl “fırtına” olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Avqust 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri