Icma.az
close
up
RU
Üçtərəfli Zirvə görüşü təhlükəsiz və dayanıqlı rifahın təzahürü kimi siyasi tarixi məzmun kəsb edir

Üçtərəfli Zirvə görüşü təhlükəsiz və dayanıqlı rifahın təzahürü kimi siyasi tarixi məzmun kəsb edir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 28-də Laçında üç dost və qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü birliyimizin və qardaşlığımızın sarsılmaz olmasının göstəricisidir. Liderlərin üçtərəfli Zirvə görüşü səmərəli əməkdaşlıq platforması olmaqla bərabər regionda formalaşan yeni əməkdaşlıq modellərinə dair ciddi mesaj idi.

Üç dost ölkə arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir. Siyasi dialoq intensiv səciyyə daşıyır. Liderlər müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər və aktual müzakirələr aparırlar. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında 2021-ci il 15 iyun tarixində imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycan - Pakistan münasibətləri də strateji səviyyəyə yüksəlib. Pakistanın Baş naziri 2023 və 2024-cü illərdə, həmçinin 2025-ci ilin fevralında ölkəmizə səfər edib. Prezident İlham Əliyev isə 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olub. Həmin səfər zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Pakistanda Azərbaycana və onun Liderinə bəslənən yüksək rəğbətin ifadəsidir.
Üç qardaş ölkə həmçinin beynəlxalq platformalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib. Azərbaycan Prezidenti ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana təşəkkürünü çatdırıb.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Müstəqillik Günündə üç dövlətin Liderinin Laçın şəhərində bir yerdə olmasının böyük rəmzi mənası vardır. Çətin günlərdə bir-birinin yanında olan Azərbaycan, Türkiyə və Pakistan hər zaman haqq və ədalət mübarizəsi aparıb, ən ali platformalarda sarsılmaz mövqe və həmrəylik nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana sona qədər siyasi və mənəvi dəstək verən Türkiyə və Pakistanın tarixi Zəfərin rəmzlərindən biri olan Laçına gəlməsi də məhz haqq-ədalətin, qələbənin, sülhün və təhlükəsizliyin simvoludur.
Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, dost və qardaş dövlətlər bölgədə yeni siyasi tarix yazır, yeni rifahın təməllərini qoyurlar. Üçtərəfli Zirvə görüşü bölgədə yeni başlayan möhkəm əməkdaşlığın, təhlükəsiz və dayanıqlı rifahın, iqtisadi-sosial səadətin və əbədi dostluğun simvolu kimi siyasi-tarixi məzmun kəsb edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi bu mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Bu birlik və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. “Bizim gücümüz birliyimizdədir. Bu Zirvədən dünyaya verilən mesajlar lazımi ünvana çatacaq”.

Anar Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri