Icma.az
close
up
RU
...Üçtərəfli zirvə görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər MÜNASİBƏT BİLDİRİLDİ

...Üçtərəfli zirvə görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Laçında keçirilən üçtərəfli zirvə görüşü regional və beynəlxalq səviyyədə diqqət çəkən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının təşəbbüsü və ev sahibliyi ilə baş tutmuş bu görüşdə Türkiyə və Pakistanın yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən baş nazirlərinin iştirakı çoxsaylı siyasi və strateji mesajlar ehtiva edirdi. Bu tədbir Azərbaycan diplomatiyasının son illərdə atdığı ən uğurlu və əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, üç ölkə arasında dərinləşən strateji tərəfdaşlıq və qarşılıqlı etimad mühiti fonunda dövlət başçılarının bir araya gəlməsi, münasibətlərin yeni mərhələyə yüksəlməsinə şərait yaradır: "Bu baxımdan, Azərbaycan Prezidentinin Laçına dəvəti və həmin dəvətin yüksək səviyyədə qəbul olunması həm ölkə rəhbərliyinin beynəlxalq nüfuzunu, həm də regionda təşəbbüskar mövqeyini bir daha təsdiq edir.

Laçın rayonu coğrafi, siyasi və strateji baxımdan Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında xüsusi əhəmiyyətə malikdir. Məhz bu məkanın görüş üçün seçilməsi simvolik və praktiki mənalar daşıyır. Belə ki, qonaqların çətin relyef və məsafəni qət edərək Laçında iştirak etmələri, bu ərazinin Azərbaycan üçün nə qədər önəmli olduğunu və tərəfdaş dövlətlərin də bu önəmi paylaşdığını göstərir".

Siyasətçi bildirib ki, bu aksiya Azərbaycan üçün böyük əhəmiyyətə malik idi: "Eyni zamanda, Türkiyə və xüsusilə də Pakistan üçün çox böyük strateji və siyasi önəm daşıyırdı. Bu baxımdan qeyd etmək olar ki, görüş iştirakçı ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyan ciddi bir siyasi mesaj idi. Bu, həm Türk və Turan dünyasına, həm də ümumilikdə müsəlman aləminə ünvanlanmış çağırış kimi dəyərləndirilə bilər. Mesajın əsas mahiyyəti birliyə çağırışdır – çağırışlar və təhdidlər qarşısında birgə mövqe nümayiş etdirmək, beynəlxalq aləmdəki qərəzli yanaşmaların qarşısını almaq və haqlı mövqeləri müdafiə etmək zərurətinə diqqət çəkilir.

Türk dünyasının, daha geniş mənada isə Turan məkanının birgə və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir. Müsəlman dünyası isə mürəkkəb və çoxşaxəli proseslərlə üz-üzədir; burada parçalanmaya yönəlik cəhdlər kifayət qədər güclüdür. Bu səbəbdən də orada vahid mövqe formalaşdırmaq daha çətindir. Lakin Pakistan burada xüsusi yer tutur. O, həm müsəlman dünyasının təsirli təmsilçilərindən biri, həm də “bir millət – üç dövlət” konsepsiyasının tərəfdarı kimi çıxış edir. Bu yanaşma, Pakistanın Azərbaycan və Türkiyə ilə olan yaxınlığını ifadə etməklə yanaşı, onun müsəlman aləmi daxilindəki rolu və mövqeyini də gücləndirir.

Pakistan müsəlman dünyasında xüsusi nüfuza malik bir ölkədir. İslamı dövlət ideologiyası səviyyəsində qoruyub saxlayan və təbliğ edən dövlətlərdən biri olaraq, böyük əhali sayına və ciddi geosiyasi mövqeyə sahibdir. Bu baxımdan, Laçın zirvə görüşü Pakistan üçün də mühüm əhəmiyyət daşıyır. Çünki Pakistan da uzun illərdir davam edən münaqişə ilə üzləşir. Bu münaqişənin arxasında duran qüvvələr isə əsasən xristian dünyasının dominant dairələridir".

Akif Nağı qeyd edib ki, bu dəstək Pakistan üçün də çox böyük əhəmiyyət kəsb edir: "Qeyd etmək lazımdır ki, bu dəstəkdən sonra Hindistanın mövqeyində müəyyən yumşalmalar müşahidə olunmaqdadır. Artıq təxribat xarakterli addımlardan bir qədər geri çəkildiyi hiss olunur. Digər tərəfdən, Hindistan-Pakistan münasibətlərində mühüm məsələlərdən biri də su resursları ilə bağlıdır. Hindistan rəhbərliyi Pakistanın su mənbələrini kəsməklə hədələyirdi. Bu istiqamətdə də müəyyən irəliləyişlərin olduğu müşahidə edilir.

Pakistan isə bu təhdidlərə qarşılıq olaraq bəyan etmişdir ki, əgər bu məsələlər sülh və əməkdaşlıq çərçivəsində həll olunmasa, ölkə öz su mənbələrini qorumaq və təmin etmək üçün güc tətbiq etməyə məcbur olacaqdır. Bu da bir daha göstərir ki, Pakistan arxasında dayanan güclərə Türkiyə və Azərbaycanın dəstəyinə arxalanaraq bu cür qətiyyətli mövqe sərgiləyə bilir. Məhz bu dəstəkdən qaynaqlanan özünəinam və siyasi iradə nəticəsində Pakistan daha açıq və prinsipial mövqe nümayiş etdirir.

Eyni zamanda, bu hadisələr Qərb dünyasına, Rusiya da daxil olmaqla digər beynəlxalq aktorlara bir mesaj xarakteri daşıyır: "Biz birliyik və bu birliyə qarşı münasibətdə ciddi hesablaşma aparılmalıdır." Bu yanaşma həm türk dünyasına, həm də daha geniş mənada müsəlman aləminə qarşı uzun illərdir davam edən ədalətsiz və qərəzli mövqelərə qarşı ümumi etirazın təzahürüdür.

Məlum olduğu kimi, son iki əsrdə Qərb siyasi dairələri tərəfindən müsəlman dünyasına qarşı davamlı olaraq qeyri-obyektiv və haqsız münasibət sərgilənmişdir. Bu kontekstdə tanınmış şairlərdən birinin də ifadə etdiyi kimi: "Harada bir müsəlman yanırsa, orada ədalətsizlik görünür." Bu fikir son dövrdə baş verən proseslərin mənəvi və ictimai yükünü daha aydın şəkildə ifadə edir"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri